Emil Mayılov (Emil Şahid oğlu Mayılov; 23 fevral 1987, Ağdaş — 30 noyabr 2021, Xızı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin Mayoru, Qaraheybət aviasiya poliqonu şəhidi.
Emil Mayılov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Ağdaş rayonu, Azərbaycan |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | Xızı rayonu, Azərbaycan |
Dəfn yeri | II Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Sərhəd Qoşunları |
Xidmət illəri | 2008-2021 |
Rütbəsi | Mayor |
Döyüşlər |
Vətən müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Mayılov Emil Şahid oğlu 23 fevral 1987-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. 1 sentyabr 1993-cü ildə Ağdaş rayon Pərviz Babayev adına 7 nömrəli orta məktəbin 1-ci sinifinə daxil olub və 2004-cü ildə həmin məktəbin 11-ci sinfini bitirib.
2004-cü ildə öz istəyi ilə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının Sərhəd Qoşunları fakültəsinə qəbul olub, 2008-ci ildə həmin Akademiyanı bitirib. Həmin ildə də Azərbaycan Respublikası Dövlət Sərhəd Qoşunlarının zabit sıralarına daxil olub. 2008-ci ilin sentyabr ayından 2010-cu ilin fevral ayınadək Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin 7-ci sərhəd zastavasında zastava rəisinin mənəvi-psixoloji hazırlıq üzrə müavini vəzifəsində xidmət edib.
2010-cu ilin fevral-may aylarından Azərbaycan Republikası Milli Aviasiya Akademiyasında pilot hazırlığı kursunu bitirmişdir. Həmin ilin mayından etibarən DSX-nin N saylı hərbi hissəsində xidmətə başlayıb. Avqustun 9-da N saylı hərbi hissədə təyyarəçi-şturman vəzifəsinə təyin edilib. 2012-ci ilin fevral-iyul aylarında Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində Mi-17 1V helikopterində pilot hazırlığının təkmilləşdirilməsi kursundə olmuşdur.
2014-cü ilin dekabr ayından Böyük təyyarəçi vəzifəsinə təyin edilib. 2016-cı ilin yanvar ayından Eskadrilya şturmanı vəzifəsinə təyin olunub. Şəhid olana kimi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində 2-ci helikopter Eskadrilyasında Eskadrilya şturmanı vəzifəsində xidmət etmişdir. Xidmətdə olduğu müddətdə "Mayor" rütbəsinə qədər yüksəlmişdir.
30 noyabr 2021-ci ildə Dövlət Sərhəd Xidmətinin Xızı rayonu ərazisində Qaraheybət aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən helikopterin qəzaya uğraması nəticəsində şəhid olmuşdur. Bu qəza Azərbaycanın hüquq-mühafizə orqanlarının tarxində ən böyük aviasiya qəzasıdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlananan 44 günlük Vətən müharibəsində iştirak etmiş və medallarla təltif olunmuşdur[1].