Emili Mörfi (ing. Emily Murphy, 14 mart 1868[1] – 27 oktyabr 1933[2], Kanada)—kanadalı qadın aktivist, hüquqşünas və yazar.[3]
Emili Mörfi | |
---|---|
ing. Emily Murphy | |
Doğum tarixi | 14 mart 1868[1] |
Vəfat tarixi | 27 oktyabr 1933[2] (65 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | hakim, insan hüquqları fəalı, yazıçı, qadın hüquqları fəalı[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Emili Ferquson 14 Mart 1868-ci ildə Kanadanın Ontario, Kukstoun şəhərində, dünyaya gəlmişdir. Atası İsaak Ferquson tanınmış iş adamı və torpaq sahibi idi. Emilinin anadan olduğu illər, Qərb mədəniyyətinin intibah və islahatlarla əldə etdiyi maddi rifahı, insan haqları və bərabərlik, qadın hüquqları kimi sosial hüquqlara hələ ki, əks etdirmədiyi illər idi. Bu dövrdə Qərb hələ də orta əsrdən qalma ənənələrini davam etdirirdi.
19 yaşında Emili anglikan rahibi Artur Mörfi ilə ailə həyatı qurur. Bu evlilikdən cütlüyün 4 övladı dünyaya gəlir. Lakin uşaqlarından birini itirən Artur və Emili Edmontondan köçərək Albertada yaşamağa başlayırlar.
Bu ölüm hadisəsi Emililinin sosial məsuliyyət meydanına atılmasının başlanğıcını qoymuş oldu. Bu tarixə qədər "Ceyn Çanunk" ləqəbi ilə səhnə oyunları yazıb yayımlayan Emili, övladının ölümündən sonra qadın və uşaqların rifahı, yoxsulluq kimi məsələlərlə maraqlanmağa və fəaliyyətini bu yöndə davam etdirməyə başladı. 1910-cu ildə Emili Edmonton xəstəxanasının idarə heyətinə üzv seçilən ilk qadın oldu. Xəstəxana idarəsində Emili qadınların və uşaqların da tibbi xidmətlərdən yararlanması üçün çalışırdı. Lakin bu zaman o, başqa bir faktla qarşılaşdı. Beləki Kanadada qadınlar və uşaqların mülkiyyət hüququ yoxidi və qadınlar mülklərini satan həyat yoldaşlarına qarşı heç bir haqq irəli sürə bilməzdilər. Bu ədalətsiz mülkiyyət hüququna qarşı Emili yeni bir kampaniya başladır və nəhayət 1916-cı ildə qadınlar ərlərinin mülkələrinin 1/3-i üzərində haqq sahibi olurlar. Emilinin bu işdəki fəaliyyəti onun daha da tanınmasına səbəb olmuşdur.
Emili Mörfinin də içində olduğu aktivistlərin səyləri nəticəsində, Albertada qadınlar 1916-ci ildə seçki hüququ əldə edirlər. Kanada daxilində qadınların bu hüququnun tanınmasına isə hələ 3 il var idi. Həmin il, Emili Mörfi və bir qrup qadın aktivist, fahişəlikdə günahlandırılan bir qadının mühakimə olunduğu məhkəmə prosesini izləmək istəyirlər. Ancaq məhkəmə hakimi onların bu tələbinin "uyğunsuz" olduğunu bildirərək, qadın tamaşaçıları salona buraxmır. Bu qadağa, Emili Mörfi üçün yeni bir mübarizə məsələsinə çevrilir. Mörfi, qadınların, bütünlüklə kişilərdən ibarət olan bir məhkəmə salonunda mühakimə olunmalarının ədalətli olmadığını, əgər qadın tamaşaçılara icazə verilmirsə ən azından qadın hakimlər tərəfindən mühakimə edilməli olduqlarını irəli sürür. Bu etirazın ardından Mörfi, Birləşmiş Krallığın ilk sülh hakimi olur. 1 İyul 1916-cı ildə Mörfinin ilk məhkəməsində, müdafiə tərəfinin vəkili Mörfinin mühakimə səlahiyyətinin olmadığını irəli sürür. Səbəb olaraq isə belə bir fikir bildirir:"1867 tarixli BNA Qanununda bilinən "insan" anlayışına qadınlar daxil deyillər və "insan" olmayan bir hakimin mühakimə səlahiyyəti də yoxdur."[4]
Mörfi bu qanuna qarşı yeni kompaniyaya başlayır. Artıq hədəfi, 1867-ci il tarixli qanununun qadınları insan saymayan hökmünün aradan qaldırılması idi. Mörfi bilirdi ki, qanunda dəyişiklik etmək üçün ilk əvvəl Senata üzv seçilmək lazımdır. Tezliklə o Senat üzvlüyünə namizəd olur. Ancaq bundan əvvəl o, qadınların "insan" olduğunu sübut etməli idi. Digər partiyalardan ona qoşulan dörd aktivist qadınla birlikdə (Məşhur Beşlik) 1867-ci il tarixli qanuna qarşı kompaniyaya başlayırlar.[5] 1928-ci ilin mart ayında Kanada Ali Məhkəməsi, qanunda qeyd olunan "insan" anlayışına qadınların daxil olmadığına qərar verir. Mörfi və yoldaşları, bu qərara etiraz edərək, daha yüksək ali məqam olan Birləşmiş Krallıq Xüsusi Şurasının Ədliyyə Komitəsinə müraciət edirlər.
18 Oktyabr 1929-cu ildə komitə qərarını açıqlayır: 1867-ci il tarixli BNA Qanununda tanınan "insan" anlayışına qadınlar da daxildirlər və Senata namizəd ola bilərlər. Nəticədə Emili Mörfi başda olmaqda "Məşhur Beşlik" qalib gəlir.
Emili Mörfi 1933-cü ilə qədər Senatın üzvlərindən biri olmuşdur.
Emili Mörfi 27 oktyabr 1933-cü ildə Kanadanın Edmonton şəhərində vəfat etmişdir.