Emin Əfəndi (15 noyabr 1978, Bakı) — azərbaycanlı prodüser və televiziya aparıcısı.[1] Ölkənin ilk rep qrupu Dəyirmanın yaradıcısı və prodüseri, müxtəlif dövrdə isə "H.O.S.T." qrupunun prodüseri olub. Hazırda isə Azərbaycan Respublikasının Xalq Artisti Miri Yusifin prodüseridir.[2][3]
Emin Əfəndi | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | Azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Prodüser, televiziya aparıcısı |
Fəaliyyət illəri | 1996-cı ildən |
Janr | hip-hop[d] |
Emin Əfəndi 15 noyabr 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. Uşaqlıq, gənclik illəri Bakının “Vasmoy” adlanan “8 KM” qəsəbəsində keçib. 1996-cı ildə Nizami Rayonunda yerləşən 210 nömrəli məktəbi bitirib. Elə həmin il də Azərbaycan Memarlıq və İnşaat universitetinə daxil olub.
Peşəkar karyerasına ilk dəfə ANS ÇM radiosunda müxtəlif proqramlarda prodüser kimi başlayıb. 2001-ci ildə isə ölkəyə səs salan De Gəlsin" meyxana verilişinin aparıcısı olub. Daha sonra Space TV-də yayımlanan “Çardaq” verilişinin prodüseri və aparıcısı olub. Müxtəlif illərdə futbol üzrə Azərbaycan Kubokunun finallarının açılış və bağlanış mərasimlərinin təşkilatçısı olub. 2011-ci ildə Azərbaycanda keçirilən Boks üzrə Dünya Çempionatının açılış və bağlanış mərasiminin baş prodüseri olub. 2014-cü ildə justfootball.com saytının və “justfootball” internet üzərində yayımlanan ilk futbol verilişinin layihə rəhbəri olub. ATV telekanalında yayımlanan “Böyük Səhnə” verilişində münsif heyətində yer alıb.
2023-cü ildən etibarən ASAN Radio və Azxəbər.com-un dəstəyi ilə “Danışır Əfəndi” həftəlik verilişinin layihə rəhbəri, müəllifidir.
Vitali Kliçko, Roberto Karlos, Demis Russos kimi məşhur ulduzların qonağı olduğu “Bizim kimi” verilişinin layihə rəhbəri və aparıcısı olub. 2022-ci ildə “Radio Enerjidə yayımlanan “Səhərin Şərhi” verilişi ilə futbol üzrə ilk səhər radio şousunun layihə rəhbəri olub.