Dəyirman — 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərmiş Azərbaycan hip-hop qrupu. Qrupun orijinal tərkibinə Miri Yusif, ABD Malik, Elmir Məhərrəmov (L-Mir) və daha sonra qrupu tərk etmiş Anar Abdulla daxil idi.
Dəyirman | |
---|---|
Əsas məlumatlar | |
Üslub | Hip-hop |
Fəaliyyət illəri | 1999–2010 |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Dil | Azərbaycan dili |
Leybl |
VVS-records Dəyirman Production |
Heyət |
Miri Yusif ABD Malik L-Mir |
Keçmiş üzvlər | Anar Abdulla |
"Dəyirman" 1996-ci ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır. Qrup müxtəlif dövrdə Anar Nağılbaz, Aygün Kazımova, Coolio, Elşad Xose, Faiq Ağayev, H.O.S.T., Röya, Samirə Allahverdiyeva və digər sənətkarlar ilə əməkdaşlıq edib.
Anar Abdulla istisna olmaqla, Dəyirman qrupunun heyəti və qrupun prodüseri Emin Əfəndi İnşaat İnstitutunda (hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində) birlikdə təhsil alıblar.[1] Anar Abdulla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi idi və Səudiyyə Ərəbistanında işinə görə qrupu tərk etmişdi.[2] Buna baxmayaraq, Abdulla keçmiş həmkarları ilə dostluq əlaqələrini davam etdirməyə davam edirdi.
1995-ci ildə yaranan "G.G.G.Аіlesi" (Qara Qan Qardaşları Ailəsi) qrupu, 1999-cu ildə adını "Dəyirman"-a dəyişdi.[3] Qrupun ilk olaraq müqavilə imzaladığı VVS-records musiqi studiyası qrupun ilk albomu üçün xalq mahnılarının sintezində rep konsepsiyasını təklif etdi.
"Dəyirman" 1996-ci ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır. Mahnının sözləri Ozan Arifə, musiqisi Aytən İsmixanova və ABD Malikə aiddir. Mahnı Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Xocalı soyqırımı haqqında çəkdiyi filmlə remiks olunub.
"Az@rimeyk" adlanan alboma vokal yazmağa daha sonra musiqi akademiyasının tələbəsi olan Leyla Əliyeva dəvət olundu. 2000-ci il aprelin 22-də Leylanın iştirak etdiyi "Sarı gəlin" mahnısının versiyası "İlin ən yaxşı video klipi" nominasiyasında Azərbaycanın ictimai Humay mükafatına layiq görülmüşdür.[4] Anar və Elmir 2004-cü ildə Rusiya rep sənətçiləri ilə əlaqələr qurmaq üçün Moskvaya gəlsələr də, Anar qəzaya uğradığından, əməkdaşlıq alınmadı.[5]
"Dəyirman" 2006-ci il noyabrın 29-da Londonun "İSİS" klubunda London azərbaycanlılarının cəmiyyətinin dəvəti ilə çıxış edib.[6]
Qrup 2007-ci il martın 18-də Moskvada "Azərbaycan" mədəniyyət və təhsil mərkəzi tərəfindən təşkil edilmiş "Qırmızı baharlı Novruz" adlı xeyriyyə konsertində iştirak etmişdir.
"Dəyirman" 2008-ci ilin yayında öz dəb xəttini (hansına ki, cinslər və mahnıların sözləri ilə yazılmış köynəklər daxil idi) açmağa hazırlaşırdı. "Dəyirman" uğurlu olsa da, qrupun əsas gəliri, musiqi ilə əlaqəli olmayan kommersiya fəaliyyətlərindən gəlirdi: Elmir və Malik reklam işində özlərini sınamağa qərar verdilər, Miri Yusifin isə klub-restoranın sahibi idi.
2010-cu ildə "Dəyirman" və ABŞ-nin sosial mövzularda yaradıcılığı ilə tanınan rep ifaçısı Toni Blekmen "Xocalıya Ədalət" rep mahnısını yazmışdırlar. Mahnının aranjimançısı Qremmi mükafatına sahib olan Qordon Vilyams idi. Klipin çəkilişləri Şəhidlər Xiyabanında, Azərbaycanda məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə aparılmışdır. Mahnıda müasir rep ritmləri ilə yanaşı Azərbaycan milli musiqisinin elementləri - muğam və balaban musiqisindən də istifadə edilmişdir.
Qrup 2010-cu il aprelin 11-də Bakının Buta Palace səhnəsində repçi 50 Cent-in "Before I Self Destruct" albomunun promo-turunda da iştirak edib.[7] 2010-cu il mayın 21-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Dəyirman" qrupunun 10 yaşı münasibətilə Yaşıl Teatrda konserti keçib.[8] Konsertdə ötən illər ərzində qrupun ifa etdiyi ən yaddaqalan və sevilən, həmçinin yeni albomlarından olan mahnılar yer alıb.[8]
"Dəyirman" 2011-ci il avqustun 28-də Bakı Caz Mərkəzində Maykl Ceksonun anım gecəsində iştirak edib.[9]
"Dəyirman"ın diskoqrafiyasına 6 studiya albomu daxildir.
Ad | İl | Qeyd | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Az@rimeyk | 2000 |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Qurd | 2001 |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Gözümüz sözdür | 2002 |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Corc Buş haralıdır? | 2004 |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Atmosfer | 2006 |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Bərk sürən | 2008 |
|
Say | Klip |
---|---|
01 | Sarı Gəlin ft. Leyla |
02 | Ya Qarabağ, Ya Ölüm |
03 | Narko |
04 | 25& ft. Züleyxa Akçurina |
05 | I'll see you... (duet Coolio & Elşad Xose) |
06 | Cibdə Varsa Pul (duet Elnarə Xəlilova) |
07 | Gəlmədin (duet Röya) |
08 | Bərk Sürən |
09 | Malena |
10 | Milyonerlər Məhəlləsi |
11 | Justice For Khojaly Tony Blackman |