Emori və Henri Məktəbi və ya Emori və Henri Kolleci — ABŞ-ın Virciniya ştatının Emori vilayətində yerləşən özəl humanitar kollec. Kollec Vaşinqton qraflığının ərazisində tikilib, bu da Virciniya ştatının cənub-qərbindəki Appalaç dağlarının bir hissəsidir.
Emori və Henri Kolleci | |
---|---|
![]() | |
![]() | |
36°46′25″ şm. e. 81°50′00″ q. u. | |
Əsası qoyulub | 1836 |
Tələbə sayı | 1.230[1] |
Ölkə | |
Sayt | ehc.edu |
![]() |
1836-cı ildə qurulan Emori və Henri Kolleci Cənub-Qərbi Virciniyanın ən qədim ali təhsil müəssisəsidir.
Emori və Henri Kolleci məşhur ilahiyatçı yepiskopu Con Emori və Virciniya ştatının ilk qubernatoru Patrik Henrinin şərəfinə adlandırılıb.[3][4]
Kollecin təməli 30 sentyabr 1836-cı ildə qoyulub. Dərslər 1838-ci ilin yazında 60 tələbənin qeydiyyatı ilə başlamışdır. Müəssisənin ilk prezidenti Çarlz Kollins (1838–1852) təyin edilmişdir.[5]
Kollec 1861-ci ilin aprelində ABŞ Vətəndaş Müharibəsi zamanı bağlandı və 1862-ci ildə Amerika Konfederasiya Ştatları tərəfindən tutularaq 1865-ci ilə qədər xəstəxana kimi fəaliyyət göstərmişdir.
Müharibə başa çatdıqdan sonra kollec yenidən açıldı.[5]
İkinci Dünya Müharibəsi zamanı Emori və Henri ABŞ-ın 131 kollec və universitetindən biri idi və V-12 Hərbi Dəniz Qüvvələri Kolleci Təlim Proqramında iştirak edirdi. Bu proqram tələbələrə Hərbi Dəniz Qüvvələri komissiyasına yolu açıq edirdi.[6]
Emory və Henri Kollecinin humanitar fənlər üzrə akademik proqramı tarix, ədəbiyyat və mədəniyyət üzrə tələb olunan dörd illik əsas proqrama əsaslanır.
Kollecin elm proqramlarına təhsil, siyasət elmləri, biznes və tarix proqramları daxildir.
Kollec 25-dən çox akademik Təhsil proqramı və İcma və Təşkilatı Liderlik proqramı sahəsində 50-dən çox bakalavr və magistr dərəcələri təklif edir.
Kollecin Dövlət siyasəti, İctimai xidmət və Beynəlxalq Tədqiqatlar üzrə proqramları milli səviyyədə tanınıb.[7]
Tələbələrin xaricdə təhsil almaq və müəllim və professorlarla birlikdə xaricə səyahət etmək imkanı verilir. Onlar siyasi xadimlərin, ekspertlərinin və ya sənətçilərin rəhbərlik etdiyi bir sıra mühazirələr və mədəni tədbirlərdə iştirak edirlər.
Siyasi elmlər dərslərində tədqiqat aparan tələbələr öz işlərini Qərb Siyasi Elmlər Assosiasiyası kimi böyük konfranslarda təqdim edə bilərlər. Kollecin tələbələri müxtəlif icma qrupları və təşkilatları ilə əməkdaşlıq edərək geniş spektrli uzunmüddətli və mənalı layihələrdə iştirak edirlər.
Beynəlxalq Təhsil və Xaricdə Təhsil proqramı Emori və Henri Kollecinin humanitar fənləri proqramının mühüm hissəsidir. Tələbələr beynəlxalq proqramlarda tez-tez iştirak edirlər.
Hər il kollec akademik tədbirlərini tamamlamaq üçün 100-ə yaxın konsert, mühazirələr, teatr tamaşaları, rəqs tamaşaları, filmlər, sərgilər keçirir. Kollecin tədbirlərinin ən böyüyü hər ilin noyabr ayında keçirilən Ədəbi festival və sosial problemə həsr olunmuş Bahar Forumudur.
Kollec Appalaç dağlarında yerləşir. Burada gəzinti üçün meşələr, xizək sürmək üçün dağlar, avarçəkmə üçün dərələr, qayalıqlar və mağaralar var.
Ən Yaxşı Kolleclərin 2024-cü il buraxılışında Emori və Henri Kolleci Cənubi Regional Universitetlər arasında 21-ci yeri tutdu.[8]
Kollec 2010-cu ilin martında Prezident Barak Obamadan Milli və İcma Xidmətləri üzrə Prezident Mükafatı almışdır. Mükafat tarixi bir hadisə oldu, çünki Emori və Henri Kolleci Virciniya ştatında milli iqtisadiyyata verdiyi töhfələrə və ictimai xidmətlərinə görə bu mükafatı alan ilk ali təhsil müəssisəsi oldu.[9][10]
Kollecinin mərkəzi şəhərciyi Virciniya ştatında yerləşir. Bütün mərkəzi kampus Virciniya Tarixi Yerlərin Milli Reyestri və Virciniya Tarixi əmlakların Reyestrina daxil edilib.[7]
Bir çox kampus binaları XIX-cu əsrin ortalarına aiddir.
MS olaraq da adlandırılan McGlothlin-Street Hall, Emori və Henri Kollecinin elmi mükəmməlliyə dair uzun ənənələrini davam etdirmək məqsədilə akademik bina kimi xidmət göstərir.[11]
Burada Elm, Təhsil, Siyasi Elmlər, Biznesin İdarəetməsi və Tarix fakültələri yerləşir.
Bu kampusda İncəsənət fakültəsinin tələbələri üçün məşq otaqları, Vizual və İfa Sənəti şöbələri üçün sinif otaqları var.
Digər kampuslara Kelli kitabxanası, Memorial kampusu, Kinq İdman mərkəzi və s. binalar daxildir.
Emori və Henri Kollecinin "Wasps" (arılar) adlı atletik komandaları Cənubi Atlantika Konfransının (CAK) Milli Kollec Atletika Assosiasiyasının II Divizionunda yarışırlar.[12]
Kollec futbol, basketbol, voleybol, beysbol, qolf, atçılıq, reqbi, yüngül atletika, kross, tennis və üzgüçülük da daxil olmaqla geniş idman komandalarına sponsorluq edir.[13]
Kollecin 70-dən çox tələbə təşkilatı var. Bir çox tələbə, xüsusilə Bonner stipendiyaçıları, boş vaxtlarında müxtəlif layihələr hazırlayırlar.
Tələbələr dağ velosipedi, qayayadırmanma, kayak sürmə və ya digər açıq hava idman növləri ilə məşğul olurlar.
Futbol, basketbol, beysbol və voleybol kimi idman növləri həm universitetlərarası, həm də kollecdaxili idman növləri kimi təklif olunur.