Empayr Steyt Bildinq

Empayr Steyt Bildinq (ing. Empire State Building) — Nyu-Yorkun Manhetten adasında yerləşən 102 mərtəbəli göydələn. 1931-ci ildən 1972–ci ilə, Ümumdünya Ticarət Mərkəzinin tikilməsinədək dünyanın ən hündür binası idi. 2001-ci ildə Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələri dağıldıqdan sonra yenidən Nyu-Yorkun ən hündür binası oldu. Binanın arxitekturası art deko stilində işlənmişdir.

Empayr Steyt Bildinq
ing. Empire State Building
Xəritə
40°44′54″ şm. e. 73°59′07″ q. u.HGYO
Ölkə  ABŞ
Yerləşir 350 Beşinci Avenyu, Nyu-York, NY 10118[1]
Aidiyyatı Starrett Brothers and Eken
Empire State Realty Trust
Layihə müəllifi Shreve, Lamb and Harmon
Tikilmə tarixi 1929—1931[2][3]
Üslubu Ar-deko
Hündürlüyü 453 m[6], 460 m[6][7]
Uzunluğu 129.2 m (424 ft)[4]
Eni 57.0 m (187 ft)[5]
Sahəsi 208,879 m2[5]
Material polad[8], Əhəng daşı[9], kərpic[8], Sement[8]
Vəziyyəti yaxşı
Rəsmi sayt esbnyc.com
Təyin edilib17 noyabr, 1982
Rəsmi adı: Empire State Building
Təyin edilib24 iyun 1986
İstinad nöm.82001192
TipiFərdi
Təyin edilib19 may 1981
Empayr Steyt Bildinq (Nyu-York ştatı)
Empayr Steyt Bildinq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1986-cı ildə Empayr Steyt Bildinq ABŞ-nin milli tarixi abidələri siyahısına daxil edilmişdir. 2007-ci ildə bina 1 nömrə altinda amerikanın ən yaxşı arxitektur həlləri siyahısına daxil edilmişdir. Binanın sahibi və müdiri W&H Properties kompaniyasıdır. Göydələn Beşinci avenyu və qərbi 3334-cü küçələr arasında yerləşir.

Göydələn öz adını ABŞ-nin Nyu-York ştatının xalq arasında yayılmış adından götürmüşdür, bela ki, onu xalq arasında İmperiya ştatı adlandırırlar. Binanın adını eləcə də, "İmperiya evi" kimi tərcümə etmək olar. Onun proektini "Şriv, Lem və Harmon" firması tərəfindən işlənmişdir. Con Rokfeller kiçiyin vəsaiti hesabına tikilmişdir.

1 may 1931-ci ildə binanın rəsmi açılışı baş verərkən ABŞ iqtisadi bohran dövrünü yaşayırdı. Bu səbəbdə binanın hamısını icarəyə vermək mümkün olmadı. Bu səbəbdən bina "Boş steyt bildinq" adlanmağa başladı (Empty State Building). Bütün binanın icarəyə verilib qutarmasına kimi 10 ilə yaxın vaxt keçdi. Bina 1950-ci ilə kimi öz sahiblərinə gəlir gətirmirdi. Yalnız 1951-ci ildə bianın Rocer Stivens və 51 million dollara satılmasından sonra o, il gəlirlərini gətirməyə başladı.

Binanın ümumi hündürlüyü, şpillə birlikdə 448,7 metrdir, binanın öz hündürlüyü isə 381 metrdir. 41 il müddətində o dünyanın ən hündür binası idi, 23 il ərzində isə dünyanın ən hündür tikilisi. 1972-ci ildə Ümumdünya Ticarət Mərkəzinin binası onu ötərək öz adını dünya birinciliyinə yazdı. 11 sentyabr 2001 ci il terror aktlarından sonra Empayr Steyt Bildinq Nyu-Yorkun ən hündür, ABŞ-nin isə Çikaqodakı Uillis Tauerdən sonra ikinci ən hündür binası oldu.

Binada 102 mərtəbə var. 102-ci mərtəbədə baxış meydanı yerləşir. Empayr Steyt Bildinq dünyada ilk 100-dən artıq mərtəbəsi olan binadır. Binada 6500 pəncərə və 73 lift var. Çəkisi 331 000 tondur. Binanın tikintisində 10 mln. kərpic və 700 km kabel sərf edilib. Pəncərələrin ümumi sahəsi 2 hektardır. 1680 pillıdın ibarət pilləkanı var və bu pilləkanda ildə bir dəfə ən tez qalxma üzrə yarış keçirilir. Ofis otaqlarında 15 000 adam yerləşə bilər. Göydələnin liftləri bir saat ərzində 10 000 adam daşımağa qadirdir. Binanın işçilərinin sayı 21000 nəfər təşkil edir ki, bu da Empayr Stey Bildinqi Pentaqondan sonra dünyanın ikinci ən çox insan işlədiyi bina edir.

1979-cu ildə amerikalı Elvita Adams həyatı ilə hesablaşmaq üçün Empire State Building"in 86-cı mərtəbəsindən özünü atmaq qərarına gəlir. Lakin küləyin ani şiddəti onu binaya geri qaytarır və o 85-ci mərtəbənin pərvazına (карниз) düşür, nəticədə yalnız omba sümüyünü sındıraraq xəsarət alır.

  1. The Empire State Building is located within the 10001 zip code area, but 10118 is assigned as the building's own zip code. Source: USPS.
  2. "Historic Construction Projects". generalcontractor.com. 21 April 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 May 2015.
  3. "Made How: Skyscraper". madehow.com. 22 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 May 2015.
  4. Emporis GmbH. "Empire State Building, New York City - 114095 - EMPORIS". emporis.com. 2014-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-23.
  5. 1 2 "Empire State Building" Arxivləşdirilib 2022-08-15 at the Wayback Machine The Skyscraper Center Council on Tall Buildings and Urban Habitat website
  6. 1 2 Council on Tall Buildings and Urban Habitat http://www.skyscrapercenter.com/building/empire-state-building/261.
  7. http://etats-unis.americas-fr.com/new-york/empire-state-building.html.
  8. 1 2 3 https://books.google.com/books/about/The_Empire_State_Building.html?id=s_4pAwAAQBAJ.
  9. https://www.emporis.com/buildings/114095/empire-state-building-new-york-city-ny-usa.