Göydələn ― yüksək tikili. Göydələnlər üçün minimum hündürlük 305 metr (1000 fut) hesab olunur. Göydələn sözünün İngilis dilindəki qarşılığı olan "skyscraper" sözü (göy qazan), XIX əsrin axırlarında Nyu-Yorkdakı xalqın böyük tikililərdən kütləvi şəkildə qorxması nəticəsində yaranmışdır. ABŞ-də göydələnlərin ən aşağı hündürlüyü ənənəvi olaraq 153 metr (500 fut) hesab olunur.
Polad, dəmir-beton, su nasosları və liftlər göydələnlər üçün ən vacib inkişaflara səbəb olmuşdur.
Göydələnlərin ağırlığı daşıyan sistemləri digər tikililərdən əsaslı dərəcədə çox fərqlənir. 4 mərtəbəyə qədər olan konstruksiyalar yalnız divarlarla dəstəklənə bilərlər, lakin göydələnlər polad karlaslar tərəfindən dəstəklənməsi lazım olan böyük tikililərdir. Divarlar bu polad karkaslardan pərdə kimi asılırlar — hətta memarlıqda bu polad karkaslar tərəfindən dəstəklənən şüşə ilə örtülmüş hündür tikililərə "pərdə divarları" deyilir. Küləklər üçün xüsusi şərtlər nəzərə alınır.
1884–1885-ci illərdə Çikaqoda inşa edilmiş on mərtəbəli "Home Insurance" (Ev sığortası) binası ilk göydələn hesab olunur. Bugünkü şərtlərlə ilk göydələn Nyu-Yorkdakı "Woolworth Building"dir.