Endemik zob — müəyyən ərazidə yaşayan əhali arasında yayılmış xəstəlikdir. Qalxanabənzər vəzin proqressiv böyüməsi və onun funksional aktivliyinin dəyişməsi ilə xarakterizə olunur. Bu xəstəlik torpaq, su və qida məhsullarında yodun az olduğu ərazilərdə ən çox müşahidə edilir. Daha ağır endemiyalar dağlıq və dağətəyi ərazilərdə rast gəlir.[3]
Endemik zob | |
---|---|
XBT-10-KM | E01.2, E01.0 |
XBT-9-KM | 240.0[1][2] |
DiseasesDB | 6933, 4222 |
MeSH | D006043 |