Endimion (ing. Endymion) — Ayın şimal-şərq hissəsində yerləşən krater. Krater Soyuq dənizin şərqində, Əbədiyyət gölünün şimalında yerləşir. Cənub-qərbində ondan bir az kiçik olan Atlas krateri yerləşməkdədir. Yerləşdiyi mövqeyə görə Endimion krateri perespektivdən ovalşəkilli görünüşə malikdir. Kraterin yaxınlığında Humbolt dənizi yerləşir.
Endimion | |
---|---|
Koordinatlar | 53°36′ şm. e. 56°30′ ş. u. / 53,6° şm. e. 56,5° ş. u.G |
Diametr | 125 km |
Krater dərinliyi | 2,6 km |
Sferik sistemin koordinatları | 306° günəş çıxan zaman |
Eponim | Endimion |
Vikianbarda əlaqəli mediafayllar |
Kraterin döşəməsi az-albedolu lava ilə örtüldüyündən bu ona qara rəngli görünüş verir və yerləşdiyi yerin müəyyən edilməsini asanlaşdırır. Döşəmə demək olar ki, hamar və maraqsızdır, sadəcə bir neçə çox kiçik kraterlet vardır. Kraterin xarici istehkamı eroziyaya görə alçaq və genişdir.
Aşağıdakı kraterlər Endimiona yaxın yerləşdiyi üçün onun peyk kraterləri hesab edilir və hərflərlə işarə olunur.
Endimion | En dairəsi | Uzunluq dairəsi | Diametr |
---|---|---|---|
A | 54.7° N | 62.8° E | 30 km |
B | 59.8° N | 67.2° E | 59 km |
C | 58.4° N | 60.8° E | 32 km |
D | 52.4° N | 62.4° E | 20 km |
E | 53.6° N | 66.2° E | 18 km |
F | 56.9° N | 65.1° E | 12 km |
G | 56.4° N | 55.6° E | 15 km |
H | 51.1° N | 56.3° E | 14 km |
J | 53.5° N | 50.7° E | 67 km |
K | 51.3° N | 52.3° E | 7 km |
L | 55.4° N | 71.0° E | 9 km |
M | 52.7° N | 70.9° E | 9 km |
N | 52.4° N | 69.6° E | 9 km |
W | 52.7° N | 69.2° E | 10 km |
X | 52.9° N | 50.1° E | 6 km |
Y | 55.8° N | 58.0° E | 8 km |