Endryu Skott Vo

Ser Endryu Skott Vo (Andrew Scott Waugh (3 fevral 1810[1], Edinburq[1]21 fevral 1878[1], London) — Böyük triqonometrik xidmətdə işləyən edən britaniya ordusunun zabiti və Hindistanın baş müfəttişi idi. O, Ser Corc Everestin rəhbərliyi altında xidmət emiş və 1843-cü ildə onu əvəz etdi. Vo dünyanın ən yüksək zirvəsinə, Everest zirvəsi adını verdi.

Endryu Skott Vo
ing. Andrew Scott Waugh
Doğum tarixi 3 fevral 1810(1810-02-03)[1]
Doğum yeri
Vəfat tarixi 21 fevral 1878(1878-02-21)[1] (68 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
İxtisası coqrafiya mühəndisi
Fəaliyyəti mühəndis, coğrafiyaşünas
Mükafatları London kral cəmiyyətinin üzvü, Kral coğrafiya institutunun himayəçisi medalı (1858)
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən həyat[redaktə | mənbəni redaktə et]

1852-ci ilin portreti

Vo, Madrasda baş hərbi müfəttiş vəzifəsində çalışan general Gilbert Vonun ilk oğlu idi. Edinburqda təhsil aldıqdan sonra 1827-ci ildə Addiscombe hərbi seminariyasına daxil olmuş və həmin ilin dekabrın 13-də Benqal Mühəndisliyinə qəbul olundu. 1829-cu ilin mayında Hindistana getməzdən əvvəl Sir Çarlz Pasli ilə birlikdə oxuduğu Çatamda təlim keçmişdir.Vo, kapitan Hatçinsona Kaşiipurda tökmə zavodunun qurulmasında kömək etdi və 13 aprel 1831-ci ildə Benqal istehkamçıları və mədənçilərinin köməkçisi oldu. O, Dehra-Dundakı qərargaha getməzdən əvvəl mərkəzi Hindistanın bir çox yerlərini araşdırdı. Everest qeyd edirdi ki, Vo və Renni riyazi qabiliyyətdə ən yaxşıları idi.

Karyera[redaktə | mənbəni redaktə et]

Everest 1843-cü ildə təqaüdə çıxdı və Vonu baş müfəttiş kimi onu əvəz etməyi tövsiyə etdi. Vo, Sonakodadan Dehra- Duna qədər Himalay bölgəsini araşdırdı. Bununla belə, bölgənin yüksək hündürlükdə olması, gözlənilməz hava şəraiti ilə birlikdə çox az faydalı məlumat əldə edilmişdir. Elektron kompüterdən əvvəlki dövrdə bir qrup insana hündürlüyü hesablamaq, təhlil etmək və ekstrapolyasiya etmək aylarla vaxt aparırdı. 1852-ci ildə qrup lideri Radhanat Sikdar Vonun yanına gəldi ki, bundan əvvəl kəş edilmiş Pik-XV-in dünyanın ən yüksək nöqtəsi olduğunu bildirsin. Sikdar və Vo hesablamalarının düzgünlüyünə əmin olmaq üçün onu təkrar-təkrar yoxladılar və sonra Dehradundakı qərargahlarından Kral Coğrafiya Cəmiyyətinə ismarış göndərdilər.

Hodcons tərəfindən Deodanqın yanlış identifikasiyasını göstərən Vo xəritəsi

Vo, sələfinin şərəfinə Everest zirvəsini adlandırmağı təklif etdi. İlkin ad "Mont Everest" idi, lakin Vo onu dəyişdirdi. Corc Everest kəşf etdiyi xüsusiyyətlər üçün həmişə yerli adlardan istifadə edirdi və Vo bu təcrübəni davam etdirdi. Pik-XV ilə əlaqədar Endryu iddia edirdii ki, dağın çoxlu adları səbəbindən onlardan ən məşhurunu təyin edə bilməz. "Everest dağı" adı bir neçə ildən sonra Kral Coğrafiya Cəmiyyəti tərəfindən rəsmi olaraq qəbul edilmişdir[2].

Everest dağının hündürlüyü 29.000 fut (8.839.2 m) təşkil edir, lakin başlanğıcda 29.002 fut (8.839.8 m) olaraq açıqlandı, çünki belə bir təəsürrat yaranırdı ki, bu rəqəm yuvarlaqlaşdırılıb.

Vo, Himalay dağlarına şaqulun cəzb olunan ilə əlaqədar trianqulyasiyada olan səhvlərini gördü və problemi din xadimi, arxidiakon Con Henri Pratta apardı. O, problemi tədqiq etdikdən sonra izostaziya ideyasını irəli sürdü.

1857-ci ildə Vo Kral Coğrafiya Cəmiyyəti tərəfindən himayəçi medalı ilə təltif edildi və növbəti il həmin cəmiyyətin üzv oldu. Üç il sonra, 1861-ci ildə Endryu general-mayor rütbəsinə yüksəldi və onu Baş Müfəttiş kimi Henri Tuillier əvəz etdi.

Waugh 1861-ci ildə "Torpaq ölçmələrinə dair təlimatlar" kitabını nəşr etdi və onun tədqiqatının nəticələri çoxsaylı hesabatlarda dərc olundu.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Onun birinci həyat yoldaşı, Edinburqdan olan doktor Uilyam Qrehemin qızı Cozefina 22 fevral 1866-cı ildə 42 yaşında vəfat etdi. Onun ikinci həyat yoldaşı 9 fevral 1884-cü ildə vəfat edən general-leytenant Tomas Uaytedin qızı Sesiliya Eliza Adelaida idi.

Vəfatı[redaktə | mənbəni redaktə et]

Endryu Skot Vonun məzarı

Waugh 1878-ci ildə vəfat etdi və Brompton qəbiristanlığında şərq divarı boyunca dəfn edildi .

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 Lundy D. R. General Sir Andrew Scott Waugh // The Peerage (ing.).
  2. J. T. Walker. A Last Note on Mont Everest. 1886-04-01. doi:10.2307/1801364.