Engin Alan (3 mart 1945, Üsküdar, İstanbul ili) – türkiyəli hərbçi, təqaüddə olan general-leytenant. Keçmişdə Xüsusi Təyinatlı Qüvvələrin komandanı olmuş və 24. çağırış TBMM-də MHP İstanbul millət vəkili olmuşdur.[1]
Engin Alan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 mart 1945 (79 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Rütbəsi | general-leytenant |
Engin Alan 31 mart 1945-ci ildə Türkiyənin paytaxtı İstanbul şəhərinin Üsküdar bölgəsində anadan olmuşdur. Türk millətçisi olması və Abdullah Öcalanın həbs edilməsi ilə nəticlənən əməliyayta rəhbərlik etməsi ilə məşhurdur. Ailəlidir və 2 uşaq atasıdır. Yüksək səviyyədə rusca və ingiliscə bilir.
1965-ci ildə Quru Hərb Məktəbini bitirmişdir. Müxtəlif bölmələrdə xidmət etmişdir. Daha sonra Qara Hərb Akademiyasını bitirərək qərərgah zabiti oldu. 1974-cü ildə Kipr əməliyyatında iştirak etmişdir. 1992-ci ildə general-mayor rütbəsinə yüksəldilmiş və XVI Zirehli Diviziyon komandanlığına təyin edildi. Elə həmin ildə də Türkiyənin Azərbaycandakı hərbi attaşeliyinə təyin edilmişdir. 1999-cu ildə PKK lideri Abdullah Öcalan və II adamı Şəmdin Sakık ABŞ dəstəkli beynəlxalq əməliyyat il ələ keçirildiyi zaman Türk Xüsusi Təyinatlı Qüvvələr komandanı idi. 30 avqust 2000-ci ildə general-leytenant rütbəsinə yüksəldildi. Bu rütbə ilə sırayla VIII və III ordu korpusu komandanlıqları ilə Maddi-Texniki Təminat komandanı vəzifəsini yerinə yetirdi. 2004-cü ildə xidmət müddəti biri l uzadıldı. Quru Qoşunları Madid-Texniki Təminat komandanı vəzifəsini yerinə yetirərkən 2005-ci ildə təqaüdə ayrıldı. Təqaüdə ayrıdldıqdan sonra Türk Silahlı Qüvvələri Gücləndirmə Vəqfinin rəhbərliyini yerinə yetirdi.
2010-cu ildə Balyoz çevriliş planı məhkəmələri çərçivəsində həbs edilərək, həbsə atıldı. 2011-ci il Türkiyə ümumi seçkilərində MHP-dən İstanbul millət vəkili seçildi. 1 iyun 2012-ci ildə Ankara XII Ağır Cəza Məhkəməsi tərəfindən 28 fevral prosesi məhkəməsi tərəfindən də həbs edildi. 2012-ci ildə Balyoz məhkəməsi nəticəsində təqsirkar bilinərək 18 il həbsə məhkum edildi. 9 oktyabr 2013-cü ildə Alanın cəzası Yarqıtay tərəfindən təstiq edildi.[2] 14 iyun 2013-cü ildə mühakimə edildiyi 28 fevral məhkəməsindən təxliyə edildi. 19 iyun 2014-cü ildə Konstitusiya Məhkəməsinin gərəkçəli qərarına görə, Balyoz məhkəməsindən təxliyə edildi. 24 iyun 2014-cü ildə TBMM-də and içdi və məclis işlərinə qatıldı.