Enid Blayton (11 avqust 1897[1][2][…], Şərqi Dalçın[d][3][4] – 28 noyabr 1968[1][2][…], Hampsted, Böyük London[3][4]) — İngiltərə uşaq romanı yazıçısı.
Enid Blayton | |
---|---|
Enid Mary Blyton | |
Doğum adı | Enid Mary Blyton |
Təxəllüsü | Meri Pallok |
Doğum tarixi | |
Doğum yeri | Şərqi Dalçın, London, İngiltərə, Birləşmiş Krallıq |
Vəfat tarixi | (71 yaşında) |
Vəfat yeri | Hampstid, London, İngiltərə, Birləşmiş Krallıq |
Vəfat səbəbi | Altsheymer xəstəliyi |
Dəfn yeri |
|
Vətəndaşlığı | Birləşmiş Krallıq |
Milliyyəti | ingilis |
Həyat yoldaşları |
Hay Aleksandr Pallok (1924-1942) Kennet Freyzer Darrel Vaters (1943-1967) |
Uşaqları |
Qillian Meri Bavarstok İmojen Meri Smolvud |
Atası | Tomas Keri Blayton |
Anası | Tereza Meri |
Təhsili | Sent-Kristofer məktəbi (1907-1915) |
İxtisası | müəllim |
Fəaliyyəti | ədəbiyyat |
Fəaliyyət illəri | 1922-1968 |
Əsərlərinin dili | ingilis |
İstiqamət | macəra, uşaq ədəbiyyatı |
Janr | roman |
İlk əsəri | "Uşaq pıçıltıları" - 1922 |
enidblytonsociety.co.uk | |
Enid Blayton Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Enid Blayton 11 avqust 1897-ci ildə Londonda anadan olmuşdur. Tomas Keri Blayton və Tereza Merinin ən böyük uşağı idi. Hanli və Keri adı iki qardaşı vardı. 1907–1915-ci illərdə Blayton Bekkenhemdəki Sent-Kristofer məktəbində təhsil almışdır. Məktəbin ən yaxşı oxuyan şagirdlərindən biri olduğundan "Headgirl" adını qazanmışdı. Riyaziyyatı yaxşı bilməsə də, yaxşı piano çala bilirdi.
Liseyi tamamladıqdan sonra müəllim olmağa qərar verdi, amma universitetdə ikən musiqi məşğələlərini buraxdı. Boş zamanlarında yazıçılıq etməyə başladı və 1922-ci ildə ilk əsəri olan və uşaqlar üçün nəzərdə tutulan "Uşaq pıçıltıları" kiatbı nəşr olundu.
28 avqust 1924-cü ildə Hay Aleksandr Pallok ilə evləndi. Həyat yoldaşı Corc Nyunsun nəşriyyat şirkətində redaktor kimi işləyirdi və tezliklə bu nəşriyyat tərəfindən iki kitabı çap olundu. Onun Pallokdan Qillian Meri Baverstok və İmojen Meri Smolvud adlı iki övladı oldu.
1930-cu illərdə dinə inamı azaldı və kilsəyə daha az getməyə başladı.
1939-cu ildə Pallok ilə evliliyi təhlükə altına düşdü. Blayton 1941-ci ildə ixtisasca həkim olan Kennet Freyzer Darrel Vaterslə tanış olduqdan sonra 1942-ci ildə Pallokdan boşanaraq 20 oktyabr 1943-cü ildə Vaterslə evləndi.
1967-ci ildə həyat yoldaşının ölümünün ardından xəstələndi və 28 noyabr 1968-ci ildə vəfat etdi.
Blaytonun əsərlərinin əsas qəhrəmanları uşaqlar idi. Əsərləri 3 tipdə idi. Birinci tip kitablarına uşaqların qeyri-adi macəralarından bəhs edirdi. İkici tip kitablarda hadisələr məktəbdə baş verir və uşaqların başına gələn məzəli hadisələr ələ alınırdı. Üçüncü tip kitabları isə fantastik idi və şeytanlar, pərilər kimi personajlar da yer alırdı.
"Məşhur beşlik", "Macera Seriyası", "Sirli yeddilik", "Yaramaz qızlar", "Əkizlər məktəbdə" və "Adada macəra" ən məşhur əsərlərindəndir.
Uşaq şeirlərindən ibarət ilk kitabı 1924-cü ildə nəşr olunmuşdur. Əsərləri daim mübahisəli olmuşdur. Enidin 700 kitabı çapdan çıxmışdır. Bundan əlavə 10.000-dən çox qısa hekayə yazmışdır. Bunlardan 200-ü hələ də nəşr olunur. "Yaramaz qızlar" kitabının 11 milyon nüsxəsi satılmışdır. Bütün kitablarının isə 400 milyondan çox nüsxəsi öz oxucusunu tapmışdır.[5] 1967-ci ildəki qeydlərə görə kitabları 399 dilə tərcümə olunmuşdur. Enid Blayton İngiltərədə Uilyam Şekspir və Aqata Kristidən sonra ən çox kitabları xarici dilə tərcümə olunan 3-cü yazıçıdır.
1974-cü ildə Barbara Stonli tərəfindən bioqrafiyası qələmə alınmışdır. 1995-ci ildə isə qızları və heyranları tərəfindən "Enid Blayton Cəmiyyəti" qurulmuşdur. Cəmiyyətin buraxdığı "Fireside" jurnalı böyük maraq görmüşdür.
Hər il may ayının ikinci şənbə günü Enid Blinton günü kimi qeyd olunur.
İngiltərədə "The Enid" rok qrupu adını ondan almışdır.