Enlisifət kayman (lat. Caiman latirostris) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Kaymanlar cinsinə daxil olan növ. Kaymanlar cinsinə daxil olan üç növdən biri. Uzunluğu ümumiyyətlə 2 m-dən çox deyil, maksimum olaraq 3,5 m-dir. Rəngi zeytun yaşıl, parlaqdır.
Enlisifət kayman | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Enlisifət kayman |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Enlisifət kayman Atlantik sahillərində, Braziliyanın cənub-şərqində, Boliviya, Paraqvay, Uruqvay və Argentinanın şimalında yayılmışdır. Areaı Paraqvay kaymanları ilə üst-üstə düşür, lakin fərqli yaşayış yerlərini seçdikləri üçün bu iki növ bir-birinə rəqib deyil. Enlisifət qayman əsasən manqrov bataqlıqlarında, şirin və duzlu suyun qarışdığı bataqlıqlaşmış ovalıqlarda məskunlaşaraq, ciddi bir su həyatı sürür[3]. Tez-tez insan yaşayış yerlərinin yaxınlığında, heyvandarlığın suvarıldığı göllərdə məskunlaşır. Dəniz səviyyəsindən 600 m yüksəklikdə yaşayaraq kifayət qədər aşağı temperaturlara davam gətirdiyini isbatlayır. Əsasən su ilbizləri, eləcə də digər onurğasızlar və kiçik onurğalılar (balıq, suda-quruda yaşayan) ilə qidalanır. Təcrübəli erkəklər bəzən daha böyük ov axtarırlar. Məsələn: kapibaralar. Xüsusilə çənələri bir tısbağanın çanağını dişləməyə qadirdir. Yumurtalamaqları (bir dəfəyə 20–60 yumurta) yağışlar mövsümündə təcrid olunmuş çay adalarında baş tutur. Erkəklər bəzən yuva qurmaqda dişiyə kömək edir. İnkubasiya təxminən 70 gün davam edir.
Osteodermalara baxmayaraq, bu kaymanların dərisi digər qaymanlardan daha yaxşıdır. XX əsrin ortalarında brakonyerlik populyasiyasının sayını təsir etmişdir, lakin bu kayman növü, gizliliyi və yaşayış yerlərinin əlçatmazlığı səbəbindən qanunsuz ovçuluq üçün o qədər də cəlbedici deyil. Daha böyük problem enlisifət kaymanın yaşayış yerlərinin məhv edilməsidir — çirklənmə, hidroelektrik stansiyalarının inşası zamanı meşələrin qırılması və əkinçilik ərazilərinin genişləndirilməsi. Enlisifət kayman CITES Konvensiyasının I Əlavəsində verilmişdir. Sayı 250.000 ilə 500.000 arasındadır və sabit sayılır. Argentinada timsah təsərrüfatlarında enlisifət kaymaların yetişdirilməsi üçün proqramlar davam edir.