Enliyarpaq parentuçeliya (lat. Parentucellia latifolia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin parentuçeliya cinsinə aid bitki növü.
Enliyarpaq parentuçeliya | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Triba: Cins: Növ: Enliyarpaq parentuçeliya |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hündürlüyü (3) 7-25 (35) sm, gövdəsi düz, sadə və ya əsasında budaqlanmış, sadə saplaqlı vəzicikli tüklərlə örtülmüş birillik ot bitkisidir. Yarpaqları oturaq, xırda, enli yumurtaşəkilli, dərin dişlidir, aşağı yarpaqları qismən yaxınlaşmış, yuxarı yarpaqları 2-3 cüt düzülmüş, barmaqvari kəsilmiş, üçküncneştərvari küt dişlidir; çiçəkaltlığı yarpaqları daha ensiz, çox vaxt yalnız 3 ədəd dişli olur, demək olar ki, kasacığa bərabərdir. Çiçəkləri sünbülşəkilli çiçək qrupunda toplanmışdır. Tac tünd-fırfır rəngdədir, 8-15 mm uzunluqdadır, xaricdən tüklüdür, nazik borucuqlu və qısa büküşlüdür, üst dodağı qalpaqşəkilli, alt dodaq isə üçbölümlüdür, orta bölümü ensiz və uzundur. Qutucuğun uzunluğu 10 mm-dir, neştərvaridir, yastılaşmış, çılpaq və kasacıqdan qısadır. Aprel-may aylarında çiçəkləyir, may ayında meyvə verir.
Abşeron, Qobustan, BQ qərb, BQ şərq, Kür-Araz oval., Lənk. oval. Aşağı dağ qurşağında. Ovalıqda və dağətəyi yerlərdə.
Meşələrdə yol və çay kənarlarında, yarımsəhralarda, quru, gilli və daşlı yamaclarda rast gəlinir.