Norma Enriqueta Basilio — meksikalı yüngül atletika idmançısı. O, Olimpiadanın məşəlini yandıran ilk qadın kimi tarixə düşüb.[2] O, 1968-ci il 12 oktyabrda Mexikoda keçirilən XIX Yay Olimpiya Oyunları zamanı məşəli daşıyan sonuncu idmançı idi.
Enriketa Basilio | |
---|---|
isp. Enriqueta Basilio | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 15 iyul 1948 |
Doğum yeri | |
Vəfat tarixi | 26 oktyabr 2019[1] (71 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Boyu | 176 sm |
Çəkisi | 59 kq |
İdman növü | yüngül atletika |
Vikianbarda əlaqəli mediafayllar |
O, 80 metr məsafəyə maneələrlə qaçışda milli yüngül atletika üzrə çempionu idi. 1967-ci il Panamerika Oyunlarında o, maneələri dəf etməklə qaçış yarışlarında yeddinci olub.[3] O, həmçinin 2004-cü il Afina Olimpiya Oyunları zamanı Olimpiya məşəlinin estafeti Mexikodan keçərkən məşəli daşıyıb.[4]