Chamaenerion angustifolium (lat. Chamaenerion angustifolium) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin yağıotukimilər fəsiləsinin chamaenerion cinsinə aid bitki növü.
Chamaenerion angustifolium | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Chamaenerion angustifolium |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Çoxillik, yoğun, sürünən kökümsovlu bitkidir. Gövdəsi düz, sadə və ya budaqlı, nazik tüklənmiş, aşağısı çılpaq, hündürlüyü 1 m çatır. Yarpaqlarının uzunluğu 4-12 (18) sm, eni 8-20 (30) mm, əsasən ardıcıl düzülmüş, oturaq və ya qısa saplaqlı, uzunsov və ya xəttvari-lansetvari, ucubiz, çılpaq, qıraqları demək olar bütöv və ya xırda vəzili, yaxud vəzivari diş-dişli, üstü tünd yaşıl, parlaq, altı qonurtəhər rəngdədir. Çiçəkləri xırda, uzunsov çicəkaltlıqların qoltuğunda yerləşir və yığılaraq kövrək salxım əmələ gətirirlər. Kasacığının uzunluğu 9-12 mm, lansetvari, xırda tükcüklü dilimlidir. Ləçəklərinin uzunluğu 10-15 mm, eni 5-8 mm, tərsyumurtavari, bənövşəyi, bəzən açıq çəhrayı və ya ağ rəngdədir. Qutucuğu 5-8 sm uzunluğunda, meyvəsaplağı ilə birlikdə xırda tüklüdür. Toxumları 1,5 mm qədər, uzunsov-oval, çılpaq, açıq mixəyidir.[1]
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında yuxarı dağ qurşağından subalp qurşağına kimi yayılmışdır. Meşədə, çınqıllı yerlərdə və çəmənlərdə bitir.[2]