Entoni Dauns

Entoni Dauns (21 noyabr 1930[1][2][…]2 oktyabr 2021[3][4], Betesda, Merilend[4]) – Amerika iqtisadçısıpolitoloqu, doktorluq dərəcəsini Stanford Universitetində (1956) almışdır.[5]

Entoni Dauns
ing. Anthony Downs
Doğum adı James Anthony Downs[4]
Doğum tarixi 21 noyabr 1930(1930-11-21)[1][2][…]
Vəfat tarixi 2 oktyabr 2021(2021-10-02)[3][4] (90 yaşında)
Vəfat yeri
İş yerləri
Təhsili
Üzvlüyü

Karlton kollecini (Minnesota ştatı) bitirmişdir. Çikaqo Universitetinin professoru (1959–62) olmuş, 1977-ci ildən Vaşinqtondakı Brukinqs Mərkəzində böyük tədqiqatçı vəzifəsində çalışır.[5]

Səmərəli seçim nəzəriyyəsinin müəllifidir. İqtisadi model və konsepsiyaları sırf siyasi problemlərin təhlilində, bürokratiyanın tədqiqində istifadə edərək, əsas iştirakçıları məqsədlərinin maksimallaşdırılmasına can atan "səmərə aktorları" (partiyalar, siyasətçilər, seçicilər) olan demokratik siyasət konsepsiyasını işləyib hazırlamış, "hakimiyyət itkisi" tezisini formulə etmişdir. Dauns bürokratik strukturda qeyri-çevikliyin (fəaliyyətsizliyin) artması səbəbini onun mərkəzləşdirmə, daxili ixtisaslaşma və yeni tənzimləmə qaydalarının tətbiqi yolu ilə "hakimiyyət itkisi"ni kompensasiya etmək cəhdində görürdü. Dauns yanaşması siyasi proseslərin modelləşdirilməsində geniş istifadə olunur.[5]

  • An economic theory of democracy. N. Y., 1957;
  • Inside bureaucracy. Boston, 1967;
  • Dohousing allowances work (K. L. Bredberi ilə birlikdə). Wash., 1981;
  • Energy costs, urban development, and housing (K. L. Bredberi ilə birlikdə). Wash., 1984.