Eollar və ya eollular (q.yun. Αἰολεῖς) — dörd əsas qədim yunan tayfasından biri.[1] Onlar öz adını qədim yunan mifologiyasına görə Ellinin övladlarından biri olan və tayfanın əcdadı sayılan əfsanəvi qəhrəman Eolun adından almışdır.[2]
Onlar qədim yunan dilinin eol dialektlərində danışırdılar: Egey, Fessaliya və Beotiya dialektləri.