Epimenid

Epimenid (q.yun. Ἐπιμενίδης; e. ə. VII əsr, Knos, Krite. ə. VI əsr) — qədim yunan keşişi və qabaqgörəni, fəlsəfidən əvvəlki ənənənin nümayəndəsi, epik şair.

Epimenid
q.yun. Ἐπιμενίδης
Doğum tarixi e. ə. VII əsr
Doğum yeri
Vəfat tarixi e. ə. VI əsr
Fəaliyyəti yazıçı, filosof, şair
Fəaliyyət illəri e.ə. 7. əsr–e.ə. 6. əsr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Epimenid e.ə. VII əsrdə Kritdə yerləşən Fest şəhərində anadan olmuşdur. O, sonra Knossda yaşamışdır. Qədim əfsanələrdə o, tanrıların sevimlisi və falçı kimi təsvir olunur. Aristotelə görə o, gələcəyi proqnozlaşdırmırdı, əksinə qaranlıq keçmişi izah edirdi. Onun xüsusi kosmoqonik təlimi haqqında məlumat verilir. Epimenidə görə, iki ilk prinsip var idi – Hava və Gecə. Kilon üsyanından sonra afinalılar e.ə. 596-cı ildə Kilon lənətindən təmizlənmək istəyəndə Epimenidi təmizləyici qurbanlar verməyə dəvət etmişdilər.[2]

  1. Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. Кулишова, О. В. Дельфийский оракул и тирания в архаической Греции // Античный полис: Проблемы социально-политической организации и идеологии античного общества (Межвузовский сборник). СПб.: Издательство С.-Петербургского университета. 1995. 16. ISBN 5-288-01316-0. 2014-12-05 tarixində arxivləşdirilib.