Epimenides (yun. Ἐπιμενίδης; e. ə. VII əsr, Knos, Krit – e. ə. VI əsr) — Yunan fəlsəfəöncəsi ənənəsinin təmsilçisi, düşünür və kahin.
Epimenides | |
---|---|
q.yun. Ἐπιμενίδης | |
Doğum tarixi | e. ə. VII əsr |
Doğum yeri | |
Vəfat tarixi | e. ə. VI əsr |
Elm sahələri | poeziya[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Miladdan öncə VII yüzillikdə Krit adasında yaşamışdır. Onun haqqında deyirdilər ki, o çoxlu möcüzələr göstərmişdir. Bir rəvayətə görə gənc yaşlarında Epimenides bir mağarada yuxuya getmişdir. Ayıldıqdan sonra geri qayıdanda isə görmüşdür ki, doğma şəhəri dəyişmişdir. Sonra bilinmişdir ki, o 57 il yatmışdır[2]. Elə o zaman da ona özəl biliklər verilmişdir. Bundan sonra Epimenides tanınmış və siyasətlə məşğul olmuş, kahinlik etmişdir. Bu əfsanənin Quranda "Əshabi-Kəhf" haqqında rəvayəti (18-ci surə) ilə müəyyən qədər bənzərliyi vardır. Mağarada yatmış və uzun illərdən sonra ayılıb şəhərlərinə qayıtmış gənclər haqqında rəvayətlər xristian ənənəsində də vardır.
Epimenides ilk dəfə insanlar tərəfindən iddia edilən fikirlərdə daxili ziddiyyətlərin olmasına fikir vermişdir[3]. O, bir kritlinin "Bütün Krit sakinləri yalançıdır" iddiası haqqında düşünərkən belə qərara gəlmişdir ki, bunu deyən özü yalançıdır. Əgər bütün kritlilərin yalançı olduğunu iddia edən özü də kritlidirsə, deməli onun dediyinə inanmaq olmaz. Çünki belə olarsa o, özü də yalançı olur. Beləliklə, buna bənzər iddiaların daxilində ziddiyyət vardır və onlara "paradoks" deyilir. Sonralar isə Eleyalı Zenon və Evbulides kimi filosoflar buna bənzər ziddiyyətlərin çoxlu örnəklərini ortaya çıxara bilmişdilər.