Equisetum arvense f. diffusum

Tarla qatırquyruğu (lat. Equisetum arvense) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü.

Tarla qatırquyruğu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Kökümsovları uzun, sürünən, budaqlanandır, qaramtıl-qonur rənglidir, torpağın dərinliyinə kök salır, çox vaxt diametri 1 sm olan şarşəkilli kökyumrusu olan bitkidir. Veqetativ zoğlarının hündürlüyü 15-30 (50) sm, qalınlığı 1–3 mm-dir, yaşıl rəngli, şırımlıdır və 6-10 (19) sayda qabırğası vardır. Üçkünc-neştərşəkilli, qaramtıl və ağ-haşiyələnmiş dişcikləri (hansıki qının borucuğundan ikiqat qısadır) olan silindrik formalı qın, gövdəni çox da sıxmamış, uzunluğu 5–12 mm-dir. Budaqları 3-4 tillidir, möhkəm və kələ-kötürdür, yuxarı hissədə çox vaxt bayır tərəfə əyimiş dışciklərə malikdir. Spordaşıyan zoğları sadədir və hündürlüyü 15-30 sm olub, qırmızımtıl və yaxud qonurtəhər rəngdədirdir və lətlidir. Sünbülcüklər nazik, silindrik və uzunluğu 3,5 sm olan saplaq üzərində oturmuşlar. Çoxillikdir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 15-30(50) sm olan çoxillik ot bitkisidir. İki cür gövdə əmələ gətirir. İlkin olaraq yazda əmələ gələn meyvələyən gövdələri sadə, budaqsız, solğun qonur rənglidir, köbə şəklində birləşmiş yarpaq yataqları ilə əhatə olunmuşdur. Gövdənin zirvəsindəki silindrik formalı sünbüldə qatırquyruğunun törəyib artmasını təmin edən sporlar yetişir. Bitkinin şaquli istiqamətdə dərinə gedən qaratəhər rəngli kökü bir neçə təbəqədə yanlara inkişaf edərək, barsız zoğlar verir. Sonradan əmələ gələn digər gövdələr budaqvari-köbə şəklində birləşmiş uzun, yaşıl, iynəvari yarpaqlarla örtülmüşdür. Qurudulmuş bitkinin iyi yoxdur, rəngi bozumtul-yaşıl, dadı isə turştəhərdir. Sporlar mart-aprel aylarında yetişir.

Çoxillik sporlu ot bitkisidir. Kökümsovu incə, zərif olmaqla, horizontal istiqamlətdə dayanır. İki tip gövdəsi vardır. Erkən yazda qonur, boz və ya qırmızımtıl, şirəli, budaqlanmayan gövdəsinin hündürlüyü 20sm-ə qədər olmaqla, zirvəsində sporlar daşıyan sünbülcükləri olur. Sporlar yetişdikdən sonra gövdəsi tədricən məhv olurlar. Əvəzində yaşıl budaqlı, hündürlüyü 50-60sm olan vegetativ gövdə əmələ gəlir. Vegetativ gövdəsi qaba, silindrik, qabırğalı, buğumlu budaqlardan ibarət olur. Qol-budaqları buğumlu, yuxarıya doğru istiqamlətli olub, 4-5 qabırğalıdır. Yarpaqları kifayət qədər inkişaf etməyən, boruşəkilli və dişcikli qından ibarətdir. Dişcikli qını üçbucaq-neştərşəkilli, qara-qonur rəngli, 2-3 ədəd olub, bitişikdir. Budaqları yaşıl və uzun itiucludur. Alaq otu kimi geniş yayılmışdır.

Zəif iyli olub, özünəməxsus azacıq turş dadlıdır.

Mədəni çöl qatırquyruğunun yerüstü vegetativ orqanları toplanılır və keyfiyyətli dərman bitki xammalı kimi istifadə edilir. Yaşıl vegetativ gövdəsi torpaq səthindən 5-10 sm hündürlükdə toplanılmalıdır. Xammal yayda quru havalarda rəngi qaralmağa başladıqda toplanılır.  Toplanıldıqdan sonra nazik qatla kölgəli yerlərdə sərilməli, çardax və naveslərdə, yaxşı ventiliyasiyalı yerlərdə və ya 40-500Ctemperaturda quruducu şkafda qurudulmalıdır.

Yaxşı preslənmiş ot tayları şəklində 50kq çəkidə quru, yaxşı hava keçirən yerlərdə saxlanılır. Xammalda 15-16%-dən çox nəmlik olduqda özünəməxsus iy hiss olunur. Saxlanılma müddəti 4 ildir.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Bitkinin tərkibində apigenin törəmələri, aşı maddələr, flavonoidlər (lyuteolin, kempferol, kverçetin), acı, qatran, akonit, quzuqulağı və alma turşuları, saponin (ekvizetrin, izokverçitrin, lyuteolin, silikat turşusu (10%), kempferol 7-diqlükozid), karotin, askorbin turşusu (190mq%), az miqdarda alkoloidlər, silikat turşusu (10%) sitosterin və dimetil sulfat vardır.

Diuretik və urolitik dərmandır. Bitkinin kökündə flavonoidlər (kemperol, apigenin, saponaretin, naringenin, dihidrokempferol, dihidrokverçetin), fenol-karbol turşusu, askorbin turşusu, karotin maddələri vardır. Külünün tərkibi 80% silikat turşusundan ibarətdir. Yaxşı sidikqovucu, qankəsici və orqanizmdən qurğuşunu çıxaran dərman bitkisidir. Silikat turşusu və onun duzları sümük toxuması olan kollagenin yaranmasında iştirak edir.

Vegetativ gövdə və budaqları istifadə edilir. İltihabsorucu, dezinfeksiyaedici, sidikqovucu, qankəsici, kardiotonik, orqanizm möhkəmləndirici, yara sağaldıcı və büzücü xüsusiyyətləri vardır. Qatırquyruğu su-duz mübadiləsini normallaşdırır, xolesterini azaldır və orqanizmdən toksiki şlakları (xüsusən qurğuşunla zəhərlənmələrdə) kənar edir. Hipertoniya xəstəliyi, ateroskleroz, podaqra və çətin sağalan yaraların müalicəsində, revmatizm, göz, öddaşı və böyrəkdaşı xəstəliklərində, mədə və bağırsağın şişində, daxili və xarici qanaxmalarda, aşağı ətrafların ödemlərində, istifadə edilir. Xaricə təyini dərinin xroniki çətin sağalan xorasında və şaçın kəpək verməsində (seborreya) göstəriş sayılır. Sidikqovucu çayların tərkibinə daxildir. Orqanizmin çoxlu ödemli hallarında (plevrit, ürək, böyrək, vərəm, qurğuşunla xronik zəhərlənmələrdə) və podaqrada istifadə edilir. N.A.Traskova və M.N.Zdrenkonun tədqiqatlarına görə bu bitkidən hazırlanan mikstura astma və xərçəng əleyhinə qarşı ən yaxşı vasitədir. 1-2 xörək qaşığı bitkini 2 stəkan qaynar suda dəmləyərək (termosda) qəbul etmək (sutqalıq doza) lazımdır. Təbabət praktikasında bitkinin dəmləmə və bişirməsindən ürək xəstəliklərində sidik kisəsi və sidik yollarının iltihabında yaxşı dərman vasitəsi hesab edilir. Böyrəyin qlomerulonefrit xəstəliyində qəbul edilməsi əks göstərişdir. Dəri səpkilərində, piylənmələrdə, mikrohematuriya, xüsusən vərəm etiologiyalı qanhayxırmada və ağciyər-ürək çatmamazlıqlarında tətbiqi göstəriş sayılır.

Qatırquyryğu 10q, neştərşəkilli bağayarpağı 10q, razyana 5q, kəndalaş çiçəkləri 5q və kəklikotu 5q.

2 çay qaşığı 250 ml suda 15 dəqiqə ərzində dəmləyərək hər gün 2-3 fincan içmək lazımdır.

Xaricə tətbiq etmək üçün məhlul: 4-5 xörək qaşığı bitki 2 stəkan qaynar suda dəmlənilir.

Qatırquyruğu bitkisi: 1,5 qablaşdırılmış bitki suya əlavə edilərək qaynadılır (30 dəqiqə) sonra isə soyudulur və 1 xörək qaşığı gündə 3-4 dəfə qəbul edilir.

Qatırquyruğunun qranulası: 10q qranul (1 xörək qaşığı) qaynar suya əlavə edilərək zəif od üzərində 15 dəqiqə ərzində qızdırılır. 1 xörək qaşığı gündə 3-4 dəfə qəbul edilir.

Xalq təbabəti böyrək və sidikyolu xəstəliyində, müxtəlif etiologiyalı ödemlərdə, podaqra və ağciyər xəstəliklərinin (plevrit, vərəm) müalicəsində işlədilir.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Çöl qatırquyruğu boreal coğrafi tipinin qolarktik sinfinin qolarktik-meşə qrupuna aiddir. Şimal yarımkürəsinin mülayim iqlimli ərazilərində, o cümlədən Rusiya, Orta Asiya və Qafqazda, habelə Cənubi Afrikada yayılmışdır. Azərbaycanda çöl qatırquyruğu Böyük Qafqazın Quba massivi, Kiçik Qafqazın şimal və cənub rayonları, Qobustan, Xəzəryanı və Kür- Araz ovalıqları, Kür düzənliyi və Naxçıvanda yayılmışdır. Arandan subalp qurşağına kimi (dəniz səviyyəsindən 2600 m qədər) bitir.

Ekoloji qrup və bitdiyi yerlər

[redaktə | mənbəni redaktə et]

Hiqromezofitdir, dağ-çəmən, alaq və çala-çəmən bitkilik tiplərində rast gəlir. Əsasən rütübətli yerlərdə, çay kanarlarında, çəmənlərdə, bağlarda, əkinlərdə və dincə qoyulmuş torpaqlarda qrup şəklində bitir, bəzən böyük ləkələr əmələ gətirir.

Kimyəvi tərkibi

[redaktə | mənbəni redaktə et]

C vitamini, qlukozid, alkaloid, saponin, flavonoid, piyli yağlar, aşı və acı maddələr, eləcə də steroid, karotinoid və qətranlarla zəngindir.

Təsiri və tətbiqi

[redaktə | mənbəni redaktə et]

Farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, praktiki və xalq təbabətində, eləcə də kliniki sınaqlarda və baytarlıqda geniş tətbiq edilir. Əsasən sidik kisəsi, nəfəs yolları, ağciyər vərəmi, bronxit, əsəb-sinir, ürək, dəri, qadın, mədə və onikibarmaq bağırsaq xoraları, malyariya, revmatizm, öd kisəsi daşları xəstəlikləri, habelə qanaxma, babasil, podaqra, şiş, ağız və burun boşluğunda iltihab prosesləri zamanı istifadə olunur. Antihelmint, sidikqovucu, yarasağaldıcı, qansaxlayıcı və iltihab proseslərinə qarşı təsirə malikdir.

Əks təsirləri

[redaktə | mənbəni redaktə et]

Böyrəklərin kəskin iltihabı zamanı zərərlidir.

İstifadə olunan hissələri

[redaktə | mənbəni redaktə et]

Müalıcə məqsədi ilə bitkinin yerüstü hissəsi istifadə edilir.

İstifadə formaları

[redaktə | mənbəni redaktə et]

Cövhər, dəmləmə və vannalar.

Digər faydalı xüsüsiyyətləri və istifadəsi

[redaktə | mənbəni redaktə et]

Çöl qatırquyruğunun yumrucuqları nişasta ilə, sporlu zoğları isə şəkərlə zəngindir. Yeməlidir, tər və bişmiş halda müxtəlif qida məhsullarının hazırlanmasında istifadə olunur. Qıdalarda bişmiş və tər vəziyyətdə, həmçinin doğramac, souslar və piroqların içi kimi istifadə olunur. Boyaq bitkisidir.

Mart-Aprel.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Xəzəryanı, Qobustan, BQ (Quba), Kür düz., Kür-Araz oval., KQ şimal, KQ cənub. Ovalıqdan, subalp qurşağına qədər.

Yaşayış mühiti

[redaktə | mənbəni redaktə et]

Rütubətli yerlərdə, çayların sahilində, dağ yamaclarında, əkin sahələrində, bağlarda və dincə qoyulmuş torpaqlarda rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Qatırquyruğununkök yumrularında nişasta boldur, yeyilir.Budaqlarında və gövdəsində kremnezem olduğuna görə ondan ağac məmulatlarını parıldtamaq üçün istifadə olunur. Eyni zamanda qatırquyruğu boyaq üçün, xalq təbabətində dərman kimi istifadə olunur.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Allostelites arvensis (L.) Börner
  • Presla arvensis (L.) Dulac

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Equisetum alpestre (Wahlenb.) Landolt
  • Equisetum arcticum Rupr.
  • Equisetum arvense var. agreste (Klinge) Brause
  • Equisetum arvense f. agreste Klinge
  • Equisetum arvense subsp. agreste (Klinge) Á.Löve
  • Equisetum arvense f. alpestre (Wahlenb.) Döll
  • Equisetum arvense subsp. alpestre (Wahlenb.) Arcang.
  • Equisetum arvense var. alpestre Wahlenb.
  • Equisetum arvense var. arcticum Rupr.
  • Equisetum arvense f. arcticum (Rupr.) M.Broun
  • Equisetum arvense var. arenicola Goiran
  • Equisetum arvense f. atratidens Lepage
  • Equisetum arvense var. boreale (Bong.) Rupr.
  • Equisetum arvense subsp. boreale (Bong.) Tolm.
  • Equisetum arvense f. boreale (Bong.) Asch.
  • Equisetum arvense f. caespitosum J.Rousseau
  • Equisetum arvense f. campestre (Schultz) Milde
  • Equisetum arvense var. campestre (Schultz) Rupr.
  • Equisetum arvense var. coaetaneum Schur
  • Equisetum arvense subvar. decumbens G.Mey.
  • Equisetum arvense var. decumbens Hayne
  • Equisetum arvense var. decumbens Döll
  • Equisetum arvense f. decumbens W.D.J.Koch
  • Equisetum arvense f. diffusum (A.A.Eaton) Clute
  • Equisetum arvense var. diffusum A.A.Eaton
  • Equisetum arvense var. duffortianum Hy
  • Equisetum arvense var. elatum Schur
  • Equisetum arvense var. elongatum Gray
  • Equisetum arvense var. erectum Opiz
  • Equisetum arvense var. erectum Hayne
  • Equisetum arvense var. fagetinum Schur
  • Equisetum arvense var. frondescens Döll
  • Equisetum arvense var. granulatum G.Lawson
  • Equisetum arvense var. intermedium Milde
  • Equisetum arvense var. irriguum Milde
  • Equisetum arvense f. microstachyum A.A.Eaton
  • Equisetum arvense var. nanum A.Braun ex Döll
  • Equisetum arvense f. nanum (A.Braun ex Döll) M.Broun
  • Equisetum arvense var. nemorosum (A.Braun ex Döll) A.Braun & Engelm.
  • Equisetum arvense f. nemorosum A.Braun ex Döll
  • Equisetum arvense var. nudum Milde ex Farw.
  • Equisetum arvense f. polystachyon (A.A.Eaton) M.Broun
  • Equisetum arvense var. polystachyon A.A.Eaton
  • Equisetum arvense var. proliferum (Luerss.) Farw.
  • Equisetum arvense monstr. proliferum Luerss.
  • Equisetum arvense f. proliferum (Luerss.) M.Broun
  • Equisetum arvense var. prostratum Opiz
  • Equisetum arvense f. pseudoalpestre Vict.
  • Equisetum arvense f. pseudonemorosum B.Boivin
  • Equisetum arvense var. pseudosilvaticum Milde
  • Equisetum arvense f. pseudovarium Vict.
  • Equisetum arvense var. ramosissimum Schur
  • Equisetum arvense subsp. ramulosum (Rupr.) W.F.Rapp
  • Equisetum arvense f. ramulosum (Rupr.) Klinge ex Scoggan
  • Equisetum arvense var. riparium (Fr.) Milde
  • Equisetum arvense subsp. riparium (Fr.) Nyman
  • Equisetum arvense f. riparium (Fr.) Asch.
  • Equisetum arvense var. robustum Schur
  • Equisetum arvense var. serotinum G.Mey.
  • Equisetum arvense subvar. serotinum G.Mey.
  • Equisetum arvense var. serotinum (G.Mey.) A.Braun & Engelm.
  • Equisetum arvense var. subalpinum Schur
  • Equisetum arvense var. triangulare Waters
  • Equisetum arvense var. varium Milde
  • Equisetum boreale Bong.
  • Equisetum calderi B.Boivin
  • Equisetum campestre Schultz
  • Equisetum duffortianum Hy
  • Equisetum nemorosum (A.Braun ex Döll) Bellynck
  • Equisetum pratense f. ramulosum (Rupr.) Asch.
  • Equisetum pratense var. ramulosum Rupr.
  • Equisetum riparium Fr.
  • Equisetum saxicola Suksd.
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1061.