Equisetum hyemale f. paleaceum

Qışlayan qatırquyruğu (lat. Equisetum hyemale) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin qatırquyruğu dəstəsinin qatırquyruğu fəsiləsinin qatırquyruğu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.

Qışlayan qatırquyruğu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik bitkidir. Gövdəsi 120 sm hündürlükdədir. Qını silindrik, gövdəyə sıxılmış, bütövlükdə qara, qaidədə və ya ortada eninə yaşıl zolaqlıdır. Strobiləri (spor sünbülləri) oturaq, yumurtavari, sivri və ya uzunsov-yumurtavari, 2 sm uzunluğundadır. Dişiçikləri erkən tökülən, gövdəsi budaqlanmayan.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Sporların yetişmə dövrü iyun-avqust aylarıdır. Mezofotdir. Nəmli yerlərdə, çağıl daşlarında, dəniz qumluqlarında psammofit-litoral bitkilik tipində kiçik qrup şəklində rast gəlinir. Dərman bitkisidir. Dağ qurşağına kimi, su kənarında, dəniz kənarı qumluqlarda Convolvulus persicus, Daucus carota, Pulicaria dysenterica, Trachomitum sarmatiense, Argusia sibirica bitkilərindən təşkil olunmuş senozlarda komponent kimi iştirak edir. Dərman bitkisidir, homeopatiyada və xalq təbabətində istifadə olunur.

Samur-Dəvəçi ovalığı (Xaçmaz rayonu, Şabran rayonu); Naxçıvan düzənliyi (Uzunoba kəndi ətrafı).

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Azalmaqdadır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Xəzər dənizinin səviyyəsinin dəyişməsi və antropogen amillər (mal-qara tərəfindən tapdalanması, çimərliklərdə tikinti işlərinin aparılması).

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Yayılma yerlərində antropogen təsiri azaltmaq, bərpasını təmin etmək və yeni yayılma yerlərini axtarılması təklif olunur.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Hippochaete hyemalis (L.) Milde ex Bruhin
  • Presla hyemalis (L.) Dulac

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Equisetum alpinum Schur
  • Equisetum hyemale f. attenuatum Milde
  • Equisetum hyemale var. brevivaginatum Rosend.
  • Equisetum hyemale var. capillare Rouy
  • Equisetum hyemale f. doellii Luerss.
  • Equisetum hyemale var. doellii Milde
  • Equisetum hyemale var. fallax Milde
  • Equisetum hyemale var. fuscozonatum Schur
  • Equisetum hyemale var. javanicum Milde
  • Equisetum hyemale var. minus A.Braun ex Milde
  • Equisetum hyemale f. minus (A.Braun ex Milde) Luerss.
  • Equisetum hyemale f. paleaceum (Schleich. ex A.Braun & Engelm.) Asch.
  • Equisetum hyemale subsp. paleaceum (Schleich. ex A.Braun & Engelm.) R.C.V.Douin
  • Equisetum hyemale f. paleaceum Rabenh.
  • Equisetum hyemale var. paleaceum Schleich. ex A.Braun & Engelm.
  • Equisetum hyemale var. paucifolium Gray
  • Equisetum hyemale var. rabenhorstii Milde
  • Equisetum hyemale var. ramigerum A.Braun ex Milde
  • Equisetum hyemale f. ramigerum (A.Braun ex Milde) Luerss.
  • Equisetum hyemale var. ramosum Gray
  • Equisetum hyemale var. simplex Wallr.
  • Equisetum hyemale var. subramosum A.Braun
  • Equisetum hyemale var. uliginosum Borkh.
  • Equisetum hyemale var. viride Milde
  • Equisetum hyemale f. viride (Milde) Luerss.
  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1062.