Erdöş ədədi hər hansı alimin həmmüəlliflik baxımından məşhur macar riyaziyyatçısı Pal Erdöşə nə qədər yaxın olduğunu göstərir. Pal Erdöş digər tanınmış alimlərlə ən çox əməkdaşlıq etmiş riyaziyyatçı sayılir. Onunla həmmüəllif olmuş alimlərin sayı 511-dir. Bu alimlərin Erdöş ədədi tərifə görə 1-ə bərabər götürülür. Erdöş ədədi 1-ə bərabər olan alimlə həmmüəllif olmuş digər alimin Erdöş ədədi 2-yə bərabərdir və s. Amerikanın Oakland Universitetinin The Erdős Number Project [1] layihəsinin nəticələrinə görə tanınmış riyaziyyatçıların Erdöş ədədi kifayət qədər kiçikdir. Məsələn, Fields medalına layiq görülmüş riyaziyyatçıların Erdöş ədədi orta hesabla 3-ə bərabərdir [2]. Qeyd etmək lazımdır ki, Oakland Universitetinin "The Erdős Number Project" layihəsində bütün məşhur mükafatçıların (Nobel, Fields, Wolf, Abel, Steele və s.) Erdöş ədədləri ayrıca siyahılar şəklində göstərilib [3]. Bu layihədə həmçinin indiyə qədər bütün dünya alimləri arasında Erdöş ədədi 2-ni aşmayan alimlərin siyahısı müəyyənləşdirilmişdir [4]. Fields medalçılarının orta Erdöş ədədi 3-ə bərabərdir. Erdöş ədədi 2-yə bərabər olan Fields medalçıları bunlardır: Atle Selberg, Kunihiko Kodaira, Klaus Roth, Alan Baker, Enrico Bombieri, David Mumford, Charles Fefferman, William Thurston, Shing-Tung Yau, Jean Bourgain, Richard Borcherds, Manjul Bhargava, Jean-Pierre Serre, Terence Tao.
Hər bir riyaziyyatçı öz Erdöş ədədini Amerika Riyaziyyat Cəmiyyətinin Mathematical Reviews[ölü keçid] bazasının Collaboration Distance səhifəsində Use Erdős duyməsini basmaqla hesablaya bilər.
Fizika
Fizika üzrə Nobel mükafatı laureatlarından ən kiçik Erdöş ədədi olanlar Albert Einstein və Sheldon Lee Glashow-dur. Onların Erdöş ədədləri 2-yə bərabərdir. Erdöş ədədi 3-ə bərabər olan Nobel mükafatı almış fiziklər aşağıdakılardır: Enrico Fermi, Otto Stern, Wolfgang Pauli, Max Born, Willis E. Lamb, Eugene Wigner, Richard P. Feynman, Hans A. Bethe, Murray Gell-Mann, Abdus Salam, Steven Weinberg, Norman F. Ramsey, Frank Wilczek, David Wineland.
Kimya
Kimya üzrə Nobel mükafatı laureatları Lars Onsager, Kenichi Fukui, Herbert A. Hauptman, Walter Kohn-un Erdöş ədədləri 3-ə bərabərdir.
Tibb
Tibb üzrə Nobel mükafatı laureatları John Carew Eccles, Hamilton O. Smith, John E. Sulston-un Erdöş ədədləri 3-ə bərabərdir.
İqtisadiyyat
İqtisadiyyat üzrə Nobel mükafatı laureatları arasında iki nəfərin Erdöş ədədi 2-yə bərabərdir. Onlar Harry M. Markowitz və Leonid Kantorovich-dir. Nobel mükafatı laureatları Kenneth J. Arrow, Milton Friedman, Herbert A. Simon, Gerard Debreu, John Forbes Nash, Jr., James Mirrlees, Daniel McFadden, Daniel Kahneman, Robert J. Aumann, Leonid Hurwicz, Roger Myerson, Alvin E. Roth, Lloyd S. Shapley və Jean Tirole-nin Erdöş ədədləri 3-ə bərabərdir.