Pal Erdöş (mac. Erdős Pál; 26 mart 1913, Budapeşt — 20 sentyabr 1996, Varşava) — XX əsrin ən görkəmli riyaziyyatçılarından biridir. Müasir riyaziyyatın müxtəlif sahələrində: kombinatorika, qraflar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, riyazi analiz, yaxınlaşmalar nəzəriyyəsi, çoxluqlar nəzəriyyəsi və ehtimal nəzəriyyəsidə işləmişdir. Bir çox riyazi mükafatlarla elecə də, Volf mükafatı ilə təltif olunmuşdur.
Pal Erdöş | |
---|---|
Pál Erdős | |
Doğum tarixi | |
Doğum yeri | Budapeşt, Avstria-Macarıstan |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Varşava, Polşa |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Vətəndaşlığı | Macarıstan |
Elm sahəsi | Riyaziyyat |
Elmi dərəcəsi | |
İş yerləri |
|
Alma-mater | Budapeşt Universiteti |
Təhsili |
|
Elmi rəhbəri | Lipot Fejer |
Tanınmış yetirmələri | Terens Tao |
Tanınır | Kombinatorika,Qraflar nəzəriyyəsi,Ədədlər nəzəriyyəsindəki nailiyyətlərinə görə |
Üzvlüyü |
|
Mükafatları |
Volf mükafatı (1983/84) Kol mükafatı (AMS Cole Prize, 1951) |
Vikianbarda əlaqəli mediafayllar |
Pal Erdöş martın 6-sı, 1913-cü ildə Budapeştdə (o dövrdə Avstriya-Macarıstan)doğulmuşdur. O, ziyalı yəhudi mənşəli ailənin (Anna və Lajos Erdöşun) sağ qalan yeganə övladı olmuşdu. Onun hər iki valideyni ixtisasca riyaziyyatçı idi və bir müddət aliməktəb müəllimi olaraq işləmişdilər. Onun riyazi qabilliyəti çox erkən yaşında özünü göstərmiş, belə ki hələ dörd yaşı olarkən o beynində dört tərtibli rəqəmlər üzərində vurma əməliyyatı aparırdı. O uşaq yaşlarından valideynlərindən riyaziyyat haqda çox şey öyrənmişdir. Erdöş öz valideynlərini həmişə böyük sevgi ilə xatırlayardı.
16 yaşında atası ona ən sevdiyi iki bölmə ilə-sonsuz sıralar və çoxluqlar nəzəriyyəsi ilə tanış edir. Universitet illərində o hər ay çıxan KöMal jurnalanda müxtəlif riyazi problemləri həll edirdi.
Erdöş sonralar müstəvi həndəsəsinə aid müxtəlif məqalələr yazır. 1934-cü ildə, 21 yaşında riyaziyyat sahəsində doktorluq dərərcəsi alır.
Erdöş ədədi hər hansı alimin həmmüəlliflik baxımından Pal Erdöşə nə qədər yaxın olduğunu göstərir. Pal Erdöş digər tanınmış alimlərlə ən çox əməkdaşlıq etmiş riyaziyyatçı sayılir. Onunla həmmüəllif olmuş alimlərin sayı 511-dir. Bu alimlərin Erdöş ədədi tərifə görə 1-ə bərabər götürülür. Erdöş ədədi 1-ə bərabər olan alimlə həmmüəllif olmuş digər alimin Erdöş ədədi 2-yə bərabərdir və s. Amerikanın Oakland Universitetinin The Erdős Number Project[9] layihəsinin nəticələrinə görə tanınmış riyaziyyatçıların Erdöş ədədi kifayət qədər kiçikdir. Məsələn, Fields medalına layiq görülmüş riyaziyyatçıların Erdöş ədədi orta hesabla 3-ə bərabərdir[10]. Qeyd etmək lazımdır ki, Oakland Universitetinin "The Erdős Number Project" layihəsində bütün məşhur mükafatçıların (Nobel, Fields, Wolf, Abel, Steele və s.) Erdöş ədədləri ayrıca siyahılar şəklində göstərilib[11]. Bu layihədə həmçinin indiyə qədər bütün dünya alimləri arasında Erdöş ədədi 2-ni aşmayan alimlərin siyahısı müəyyənləşdirilmişdir[12]. Hər bir riyaziyyatçı öz Erdöş ədədini Amerika Riyaziyyat Cəmiyyətinin Mathematical Reviews[ölü keçid] bazasının Collaboration Distance səhifəsində Use Erdős duyməsini basmaqla hesablaya bilər.