Fizika üzrə Nobel mükafatı (isv. Nobelpriset i fysik) — İsveç Kral Elmlər Akademiyası tərəfindən fizika sahəsi üzrə insanlığa əlamətdar töhfələr verənlər üçün hər il təqdim olunan mükafat. Bu mükafat Alfred Nobelin istəyi ilə 1895-ci ildə əsası qoyulan və 1901-ci ildən hər il verilən beş Nobel mükafatından biridir. Digər mükafatlar Kimya üzrə Nobel mükafatı, Ədəbiyyat üzrə Nobel mükafatı, Nobel sülh mükafatı və Fiziologiya və tibb üzrə Nobel mükafatıdır.
Fizika üzrə Nobel mükafatı | |
---|---|
|
|
Ölkə | Stokholm, İsveç |
Tip | elmi mükafat[d] |
Kimə verilir | Fizika sahəsində insanlığa əlamətdar töhfə verənlərə |
Təltif edir | İsveç Kral Elmlər Akademiyası |
Statistika | |
Təsis tarixi | 10 dekabr 1901 | )
İlk təltif | |
Təltif sayı | 9 million SEK (2017)[1] |
nobelprize.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Fizika üzrə ilk mükafatı rentgen şüasının kəşfində göstərdiyi xidmətlərinə görə Vilhelm Rentgen almışdır. Bu mükafat Nobel Fondu tərəfindən idarə olunur və bir alimin fizika sahəsi üzrə ala biləcəyi ən prestijli mükafat hesab edilir. Mükafat Stokholmda 10 dekabr Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur. 2019-cu ilə qədər 212 nəfər bu mükafata layiq görülmüşdür.[2]
Alfred Nobel son vəsiyyətnaməsində bildirdi ki, onun sərvəti fizika, kimya, sülh fizialogiya və ya tibb və ədəbiyyat sahəsində "bəşəriyyətə böyük fayda verənlər" üçün mükafatlar seriyası yaratmağa istifadə olunsun.[3] Nobel həyatı boyunca bir neçə vəsiyyətnamə yazsa da axrıncısı ölümündən bir il əvvəl yazıldı və 1895-ci ilin 27 noyabr tarixində Parisdə İsveç-Norveç Klubunda imzalandı.[4][5] Nobel bütün sərvətinin (31 milyon isveç kronu 198 milyon ABŞ dolları, 176 milyon avro 2016-cı il) 94%-ni beş Nobel mükafatının təsis edilməsi və sərvətin ianə edilməsi üçün miras qoydu.[6] Vəsiyyəti qomarlayan yüksək şübhəçilik səbəbi ilə 1897-ci il 26 aprelə qədər təsdiq edilmədi sonra vəsiyyət Stortinq (Norveç Parlamenti) tərfindən təsdiq olundu.[7][8] Vəsiyyətin icraçıları Raqnar Sohlman və Rudolf Lillcekyuist idi hansı ki, Nobelin mirasını hifz etmək və mükafatları təşgil etmək üçün Nobel fondunu qurdular.
Nobel sülh mükafatını verəcək olan Norveç Nobel Komitəsi üzvləri vəsiyyət təsdiq olunduqdan qısa bir müddət sonra təyin edildi. Mükafatı verən təşkilatlar bunlardır: 7 iyun Karolinska İnstitutu, 9 iyun İsveç Akademiyası və 11 iyun İsveç Krallığının Elmlər Akademiyası.[9][10] Sonra isə Nobel fondu mükafatın necə verilməsinə əsasən qaydalar üzrə razılığa gəldi. 1900-cü ildə Nobel fondu tərəfindən yaradılmış yeni nizamnamə Kral II Oskar tərəfindən elan edildi.[8][11] Nobelin vəsiyyətinə görə, İsveç Krallığının Elmlər Akademiyası Fizika üzrə Nobel mükafatını verəcəkdi.[11]
Fizika üzrə Nobel mükafatı üçün ən azı üç Nobel laureatı və iki müxtəlif tədqiqat seçilə bilər.[12][13] Digər Nobel mükafatları ilə müqayisədə Fizika üzrə Nobel mükafatına namizədlik və seçmə prosesi uzun və qətidir. Bu da fizika sahəsində ən əlamətdar mükafat olmaq üçün illər ərzində əhəmiyyətinin artmasının əsas səbəbidir.[14]
Nobel mükafatı laureatları Nobel Fizika Komitəsi tərəfindən seçilir, bir Nobel Komitəsi İsveç Elmlər Akademiyası tərəfindən seçilən beş üzvdən ibarətdir. Sentyabr ayında başlayacaq ilk mərhələdə, bir neçə min nəfər namizədləri irəli sürmək üçün sorğular göndərir. Tamamlanmış namizədlik sorğuları növbəti ilin 31 yanvar tarixindən gec olmayaraq Nobel Komitəsinə çatır. Bu namizədlər onların sayını təxminən iyrimi nəfərə endirən ekspertlər tərəfindən gözdən keçirilir və müzakirə edilir. Komitə Akademiyaya yekun namizədlərə dair tövsiyələrlə birlikdə hesabat təqdim edir. Bu barədə fizika kateqoriyasında daha çox müzakirə edilir. Akademiya daha sonra səs çoxluğu vasitəsilə Fizika üzrə laureatların son seçimini edir.[15]
Namizədlərin adları heç vaxt ictimaiyyətə açıqlanmır və nə də onlar mükafata layiq hesab edildiklərini demirlər. Namizədlik qeydləri əlli il gizli saxlanılır.[16] Vəfat etmiş fərdlərin nominasiyası qəbul edilməməklə birlikdə, əgər şəxs mükafat komitəsinin qərarı (adətən oktyabr ayında) ilə mərasimin keçiriləcəyi aylar arasında vəfat edərsə mükafat vermə mərasimi təşgil oluna bilər. 1974-cü ildən əvvəl əgər şəxs nominasya göstərilmiş idisə onun ölümündən sonra gerçəkləşən mükafat vermə mərasiminə icazə verilirdi.[17]
Fizika üzrə Nobel mükafatı üçün qaydalar, tanınan nailiyətlərin əhəmiyyətinin "zamanla test edilməsini" tələb edir. Praktikada bu kəşf və mükafat arasındakı gecikmənin adətən 20 il olduğu və daha da çox ola biləcəyi mənasına gəlir. Misal üçün, 1983-cü il Fizika üzrə Nobel mükafatının yarısı ulduz təkamülü və qurluşu üzrə tədqiqatlarına görə Subrahmanyan Çandrasekara verildi hansı ki, tədqiqatlar 1930-cu il əsnasında tamalanmışdı. Bu yanaşmanın mənfi tərəflərindən biri budur ki, bir çox alim işlərinin tanınması üçün kifayət qədər uzun yaşamırlar. Bəzi mühüm elmi kəşflər heç vaxt mükafat üçün diqqətə alınmır, çünki kəşfçilər işlərinin təsirinin zaman ərzində təqdir olunmasına qədər vəfat edirlər.[18][19]
Fizika üzrə Nobel mükafatçısı bir qızıl medal, sitat gətirilmiş diplom və bir miqdar da pul qazanır.[20]
Nobel mükafatı medalları İsveçdə Myntverket[21] şirkəti və 1902-ci ildən bəri İsveç Zərbxanası tərəfindən hazırlanır və Nobel fondunun qeydiyyatdan keçmiş əmtəə nişanıdır. Hər medalın üz tərəfində Alfred Nobelin profili təsvir olunmuşdur. Fizika, Kimya, Fziologiya və ya Tibb və Ədəbiyyat üzrə Nobel mükafatıları medallarının üz tərəfi bir-birinin eynisidir və Alfred Nobelin və ölüm tarixi (1833–1896) təsvir edilmişdir. Nobel Sülh Mükafatı medalının və İqtisadiyyat Mükafatı medalının üz tərəfində də Nobelin portreti var, lakin bir az fərqli dizaynla.[22][23] Medalın arxa tərəfindəki təsvir mükafatı verən təşgilata görə müxtəliflik göstərir. Kimya və Fizika üzrə Nobel mükafatı medallarının arxa hissəsindəki təsvir eynidir. Bu və digər mükafatlara aid medallar 1902-ci ildə Erik Lindberq tərəfindən dizayn edildi.[24]
Nobel laureatları birbaşa İsveç kralının öz əllərindən bir diplom alır. Hər bir diplom mükafatı verən təşgilat tərəfindən laureata görə xüsusi olaraq dizayn edilir.[25] Diplom laureatın şəklini və bir də mətn ehtiva edir hansı ki, mətndə laureatın adı və mükafatı nəyə görə aldığı sitat gətirilir.[25]
Mükafat mərasimdə laureata mükafat məbləğini göstərən sənəd verilir. Mükafat pulu məbləği ildən-ilə fərqlilik göstərə bilər və Nobel fondundan əldə edilən mövcud maliyyəyə bağlıdır. Məsələn, 2009-cu ildə verilmiş məbləğ 10 milyon İsveç kronu (1,4 milyon ABŞ dolları)[26], 2012-ci ildə 8 milyon İsveç kronu (1,1 milyon ABŞ dolları) idi[27]. Əgər müəyyən kateqoriyada iki laureatı varsa, mükafat alıcılar arasında bərabər bölünür, lakin əgər üç nəfər varsa, mükafatlandırma komitəsi mükafatın hər üçünə bərəbər yaxud da birinə yarısı və qalanlarına dörddə bir hissəsini verə bilər.[28][29][30][31]
Mükafat üçün seçki heyəti vəzifəsi yerinə yetirən komitə və müəssisə adətən oktyabr ayında laureatların adlarını elan edir. Daha sonra mükafat Nobelin ölüm ildönümü olan 10 dekabr tarixində, Stokholm Konsert Salonunda hər il keçirilən rəsmi mərasimlərdə verilir. Laureatlar bir diplom, medal və mükafat məbləğini təsdiq edən sənəd alırlar.[32]
After Nobel’s death, the Nobel Foundation was set up to carry out the provisions of his will and to administer his funds. In his will, he had stipulated that four different institutions—three Swedish and one Norwegian—should award the prizes. From Stockholm, the Royal Swedish Academy of Sciences confers the prizes for physics, chemistry, and economics, the Karolinska Institute confers the prize for physiology or medicine, and the Swedish Academy confers the prize for literature. The Norwegian Nobel Committee based in Oslo confers the prize for peace. The Nobel Foundation is the legal owner and functional administrator of the funds and serves as the joint administrative body of the prize-awarding institutions, but it is not concerned with the prize deliberations or decisions, which rest exclusively with the four institutions. |