Erdenebat Bazarraqça

Erdenebat Bazarraqça (d. 5 yanvar 1996) — Monqolustan əsilli Azərbaycanlı cüdoçu. Erdenebat Bazarraqça, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Erdenebat Bazarraqça
Şəxsi məlumatlar
Tam adı Erdenebat Bazarraqça
Vətəndaşlığı Monqolustan Monqolustan
Azərbaycan Azərbaycan
Doğum tarixi (27 yaş)
İdman növü Cüdo
Boyu 155 sm

Həyatı[redaktə | mənbəni redaktə et]

Erdenebat Bazarraqça 5 yanvar 1996-cı ildə anadan olub.

Karyerası[redaktə | mənbəni redaktə et]

Erdenebat Bazarraqça birinci ciddi uğurunu 2015-ci ildə qazandı. Erdenebat Bazarraqça, Gənclərin Asiya Çempionatının bürünc medalının sahibi oldu.

Daha sonra, 2017-ci ildə Erdenebat Bazarraqça Azərbaycan Cüdo Federasiyası ilə müqavilə imzaladı və bu dövlətin yığmasının cüdoçusu oldu.

Erdenebat Bazarraqça 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. O, -48 kiloqram çəki dərəcəsinin qrup mərhələsində Mərakeşli İdrissi Çorfini və Qazaxıstanlı Səltənət Sultanbəyovanı 010:000 hesabları ilə məğlub etdi və həlledici, final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə Erdenebat Bazarraqça, Azərbaycan yığmasının digər cüdoçusu Aişə Qurbanlı ilə üz-üzə gəldi və onu, 001:000 hesabı ilə məğlub etdi. Bununla da Erdenebat Bazarraqça IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazandı.

Uğurları[redaktə | mənbəni redaktə et]

  • Gənclərin Asiya Çempionatı (2015) — bürünc medal
  • İslam Həmrəyliyi Oyunları (2017) — qızıl medal

İstinadlar[redaktə | mənbəni redaktə et]