Azərbaycan Cüdo Federasiyası

Azərbaycan Cüdo Federasiyası — 1972-ci ildə yaradılmış idman federasiyası.

Azərbaycan Cüdo Federasiyası
Loqonun şəkli
Yaranma tarixi 1972
Mərkəzi
Prezident Rəşad Nəbiyev
Vitse-prezident

Rövşən Rüstəmov

Elnur Məmmədli
judo.az

1972-ci ildə SSRİ Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsi cüdonun SSRİ ərazisində yayılması haqqında qərar vermişdir. Qərarın icrası kimi elə həmin il, yəni 1972-ci ildə Respublikamızda Cüdo Federasiyası yaradılır. Bu illər ərzində federasiyaya Arif Ələkbərov rəhbərlik edib. 1980-ci ildən Federasiya rəhbərliyində dəyişikliklər baş verib. Yeni sədr — Rəhim İsmayılov −16 il ərzində qurumun rəhbəri olub.

1996-cı ildə Füzuli Ələkbərov Azərbaycan Cüdo Federasiyasının prezidenti təyin edildi. 2015-ci ildən 2021-ci ilə qədər federasiyanın baş katibi Elmar Babanlı olmuşdur.[1] Həmin dövrdə federasiyanın prezidenti vəzifəsində Rövnəq Abdullayev təyin edilmişdi. 2021-ci ildə Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsi tərəfindən Rəşad Rəsullu qurumun baş katibi təyin edilib. Bu barədə Azərbaycan Cüdo Federasiyasının rəsmi saytında məlumat verilib. O, yeni vəzifədə Elmar Babanlını əvəzləyib.[2]

Hal-hazırda isə qurumun prezidenti Rəşad Nəbiyev, vitse-prezidentləri isə Rövşən RüstəmovElnur Məmmədlidir.[3]

Fəaliyyət və uğurlar

[redaktə | mənbəni redaktə et]

Azərbaycanlı cüdoçular arasında birinci dəfə idman ustası adını qazanan Sahib İsmayılov, beynəlxalq dərəcəli idman ustası isə Qüdrət Pəncəliyevdir. Qızlar arasında ilk idman ustası Arzu Atayeva, ilk beynəlxalq dərəcəli idman ustası Gülşən Şirinovadır. Uğurlu ənənələr müstəqillik qazanıldıqdan sonra da davam edib.

1992-ci ildə Barselona Yay Olimpiya Oyunlarında Nazim Hüseynov vətənə qızıl medalla dönüb. Müstəqil Azərbaycanın Dövlət bayrağı ilk dəfə bu qələbə şərəfinə qaldırılıb.

2008-ci ildə Pekin Olimpiyadasında Elnur Məmmədlinin inamlı qələbəsi ölkədə bayram ovqatı yaradıb. Elnur və bürünc medal qazanan Mövlud Mirəliyev vətəndə böyük təntənə ilə qarşılanıblar.

2013-cü ildə Elxan Məmmədov müstəqil Azərbaycanın cüdo üzrə ilk dünya çempionu olaraq, adını ölkə idman tarixinə yazıb.  

2016-cı ildə Rüstəm OrucovElmar Qasımov Rio Olimpiya Oyunlarında gümüş medal qazandılar.

2020-ci ildə isə Yay Olimpiya Oyunlarında İrina Kindzerskaya bürünc medal qazanmışdır.[4]

  1. "Azərbaycan Cüdo Federasiyası". 2017-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-05.
  2. "Azərbaycan Cüdo Federasiyasının yeni baş katibi təyin olunub". azsport.az. 2023-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-05.
  3. "Azərbaycan Cüdo Federasiyası". judo.az (ingilis). 2023-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-05.
  4. "Azərbaycan Cüdo Federasiyası". judo.az (ingilis). 2023-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-05.