Çoxillik qızçiçəyi (lat. Bellis perennis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qızçiçəyi cinsinə aid bitki növü.
Çoxillik qızçiçəyi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Çoxillik qızçiçəyi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Hündürlüyü 5-17 sm, gövdəsi tək və ya bir neçə sayda, zəif və sıx tüklü, qısa kökümsovları olan çoxillik ot bitkisidir. Çiçəkli gövdəsi yarpaqsızdır və eni 10 mm olan tək səbəti vardır. Köküstü rozetdə yerləşmiş yarpaqlar belşəkillidir, əksinəyumurtaşəkilli, bəzən kənarları dəyirmi dişli və yaxud tamkənarlıdır, uc hissəsi küt və saplağa daralmışdır. Qın yarpaqcıqları uzunsov, küt, tükcüklü və qaramtıl rəngdədir. Dilcikləri iki dəfə qından uzundur, ağ rənglidir, sonu çəhrayıdır. Çiçək yatağı qabarıqdır. Toxumları əksinəyumurtaşəkilli və çılpaqdır, kəkilsizdir, uzunluğu 1 mm-ə qədərdir. May-iyun aylarında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir.
BQ (Quba), KQ şimal, KQ mərkəzi. Aşağı və orta dağ qurşağında.
Meşələrdə, talalarda, çəmənliklərdə rast gəlinir.
Dekorativ əhəmiyyətli bitkidir.