Erik Betziq (13 yanvar 1960[1][2][…], Ann-Arbor, Miçiqan)[3][4] — amerikalı fizik, Stefan Hell və Villiam Moerner ilə birlikdə “Yüksək ayırdetmə qabiliyyətinə malik flüoresan mikroskopiyanın inkişafına görə” kimya üzrə 2014-cü il "Nobel" mükafatı laureatıdır.
Erik Betziq | |
---|---|
ing. Eric Betzig | |
Doğum tarixi | 13 yanvar 1960[1][2][…] (64 yaş) |
Doğum yeri | |
Elm sahəsi | kimya |
Elmi dərəcələri |
|
Təhsili | |
Üzvlüyü | |
Mükafatları | |
hhmi.org/scientists/eric… janelia.org/people/scien… |
|
Vikianbarda əlaqəli mediafayllar |
E.Betziq Kaliforniya Texnologiya İnstitutunda fizika üzrə təhsil almış, 1983-cü ildə buranı bakalavr dərəcəsi ilə bitirmiş, 1985 və 1988-ci illərdə müvafiq olaraq Kornell Universitetində tətbiqi və mühəndislik fizikası üzrə magistr (MS) və doktorluq dərəcələrini almışdır.
Doktorluq dissertasiyasını[5] aldıqdan sonra E.Betziq Bell Laboratoriyasında yarımkeçirici tədqiqatlar şöbəsində işlımişdir. 1996-cı ildə atası Robert Betziqə məxsus Ann-Arbor Machine Company şirkətində tədqiqat və inkişaf üzrə vitse-prezident olmuşdur.
E.Betziq fotoaktivləşdirilmiş lokalizasiya mikroskopiyası (PALM) sahəsindəki inkişaflarda iştirak etmiş və 2006-cı ildən bəri Hovard Hughes Tibb İnstitutunda işləyir və burada yüksək ayırdetməli flüoresan mikroskopiya üçün inkişaf qrupuna rəhbərlik edir.
E.Betziq iki dəfə evlənmişdir. İlk həyat yoldaşı nəzəri fizik Rubi Qoş idi,[6] bu evlilikdən onun Kriya (1993-cü il təvəllüdlü)[7] adlı bir qızı və Ravi adlı bir oğlu dünyaya gəlmişdir. İkinci arvadı biofizik Na Ci idi,[8] bu evlilikdən də Maks və Mia adlı iki övladı dünyaya gəlmişdir.[9]