Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Erik Teodor Kartman (ing. Eric Theodore Cartman) — "South Park" cizgi serialının 4 əsas personajından biri. Personajın səs aktyoru Trey Parkerdir.
NatWest Bank-ın 1999-cu Birləşmiş Krallıqda 9 yaşlı uşaqların arasında apardığı sorğu Kartmanın onların arasında ən sevilən personaj olduğunu göstərib. Bu, siyahının zirvəsində hədəf kütləsi uşaqlar olan televiziya proqramı personajını görməyi gözləyən bir sıra valideynlər arasında təlaş yaradıb. Stoun onlara cavab verərək deyib ki, sorğunun nəticələri uşağların necə olduğunun təsəvvürü idilliya olduğu insanlar üçün məyusedici olub.[1]
Yəhudi icmasında Kartmanın Kayla qarşı antisemit davranışın təsvirini bəziləri qınayırlar,[2] bəziləri isə bir cavan yəhudinin insafsızlığa məruz qalmasını düz şəkildə göstərildiyinə görə tərifləyirlər.[3]
Başqa personajlar Kartmanın antaqonist hərəkətlərindən aldığı dərslərdən öz fikirlərini bildirir. Dolayısıyla, onlar nifrət cinayətkarlığı,[4] şəxsi azadlıqlar,[5] excessive religious devotion,[6] həttən artıq dini sədaqət,[6] kök hüceyrələr,[7] anaboliklər,[8] ölmək hüququ[9] və qərəz[10] kimi məsələlər ilə bağlı öz mövqelərini bildiriblər.
South Park and Philosophy: You Know, I Learned Something Today adlı kitabda Conson Kartmanın hərəkətlərini və davranışı şər problemini müzakirə edərkən nümunə kimi iştədir. Həmin kitabdaki professor Mark D. Vayt inşasında Kartmanın qanunverici qüvvəsini əldə etdiyi ikinci mövsümün Toyuq Sevən (ing. Chickenlover) seriyasına istinad verib, hüququn əmr nəzəriyyəsini və vətəndaşları qanuna nə riayət etdirdiyini müzakirə edir.[11]