Eriks Eşenvalds (latış. Ēriks Ešenvalds; 26 yanvar 1977, Priyekule[d]) ― Latviya bəstəkarı.[1][2] 2011-ci ildən 2013-cü ilədək Kembric Universitetinin Triniti Kollecində yaradıcılıq sənətləri sahəsində elmiş işçi idi.[3]
Eriks Eşenvalds | |
---|---|
latış. Ēriks Ešenvalds | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 26 yanvar 1977 (46 yaş) |
Doğum yeri |
|
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Fəaliyyət illəri | 2002-ci ildən |
Janr | klassik musiqi |
Əlaqəsi | Latviya xoru |
Elmi dərəcəsi |
|
Mükafatları |
"Üç ulduz" ordeni Böyük Musiqi Mükafatı (2005, 2007, 2015) |
eriksesenvalds.com |
Eriks Eşenvalds 1977-ci ildə Latviyanın Priyekule şəhərində anadan olmuşdur. O, Latviya Baptist İlahiyyat Seminariyasında oxumuşdur (1995-1997), daha sonra isə Selqa Mensin himayəsi altında Latviya Musiqi Akademiyasında bəstəkarlıq (2004) üzrə magistr dərəcəsini aldı. Onun müəllimləri arasında Maykl Finnisi, Klaus Huber, Filipp Manuri və Conatan Harvi kimi görkəmli şəxslər yer alırlar. 2002-2011-ci illərdə Latviya Dövlət Xorunun üzvü olmuşdur.[1][2] 2011-ci ildən 2013-cü ilədək Kembric Universitetinin Triniti Kollecində yaradıcılıq sənətləri sahəsində elmiş işçi idi.[3] Eşenvalds Latviyanın Böyük Musiqi Mükafatının üç qat qalibidir (2005, 2007 və 2015).[4] 2006-cı ildə Beynəlxalq Bəstəkarlar Kürsüsü "The Legend of the Walled-in Woman" əsərinə görə ona birinci mükafat verdi.[5] Eşenvalds 2014 Riqa Avropa Mədəniyyət Paytaxtı zamanı 2014 Dünya Xor Oyunlarının rəsmi himnini hazırladı.[6] Eşenvalds Latviya Musiqi Akademiyasının bəstəkarlıq şöbəsində dərs deyir.
Eşenvaldsın bəstələri Signum Records, Hyperion Records, Decca Classics, Deutsche Grammophon, Delphian Records, Pentatone ve Ondine kimi leybllar tərəfindən buraxılıb.[1]
Yalnız onun işinə həsr olunmuş yazılara aşağıdakılar daxildir:
"Northern Lights" albomu və digər xor əsərləri "Gramophone Awards 2015" mükafatı namizədlərin qısa siyasına alınmış, "Gramophone Critics’ Choice 2015" seçilmiş[7] və "Ici Radio-Canada Première" versiyasına görə 2015-ci ilin ən yaxşı albomları siyahısına daxil edilmişdir.[8] At the Foot of the Sky (2013) və O Salutaris (2011) albomları Latviyanın müvafiq illərdə ən yaxşı klassik albomları elan olunmuşdur.[9][10] 2016-cı ildə Portland Dövlət Universitetinin Kamera Xoru Eşenvaldsın musiqi albomlarını yenidən yazdı.[11]