Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Dünya Xor Oyunları — İnterkultur fondu tərəfindən təşkil edilən dünyanın ən qlobal musiqi hadisəsi. Olimpiadanın əsas hədəfi, "Birlikdə oxumaq, xalqları birləşdirir" şüarı ilə izah olunur.[1]
Dünya Xor Oyunları | |
---|---|
World Choir Games | |
Status | Davam edir |
Janr | Xor musiqisi |
Məkan | Müxtəlif ev sahibi şəhərlər |
Yaradılıb | İyul 2000 |
İştirakçılar | Dünya ölkələri |
Təşkilatçı | İnterkultur fondu |
interkultur.com/about/world-choir-games/ |
Dünya Xor Oyunları(Keçmiş adla-Xor Olimpiadaları) anlayışı, xalqları incəsənət vasitəsilə bir araya gətirmək və xor musiqisinin dinc rəqabətini təşkil etmək ideyasından yaranmışdır. Beynəlxalq yarışmadakı əsas məqsəd, millətləri iştiraka yönəltmək və beləliklə qlobal cəmiyyət birliyini formalaşdırmaqdır. "Bir yerdə oxumaq, xalqları birləşdirir" şüarı, İnterkultur tərəfindən həyata keçirilən olimpiadanın əsas mövzusunu dəqiqliklə ortaya çıxarır.
Dünya Xor Oyunları ilk dəfə 7-16 iyul 2000-ci il tarixlərində, Avstriyanın Linz şəhərində, 60 ölkənin iştirakı ilə baş tutmuşdur.[2]
Müxtəlif qitələrdən olan insanları xor musiqisinin çətiri altında bir araya toplamağı bacaran Dünya Xor Oyunları, müasir dünyamızda intibah dövrünü yaşayır və artıq qlobal tendensiyaya çevrilib.
Dünya Xor Oyunları iki ildən bir müxtəlif kateqoriyalar üzrə, dünyanın əvvəlcədən təyin edilmiş ev sahibi ölkəsində təşkil olunur. Xor olimpiadaları "Çempionlar" və "Açıq" sinifləri üzrə konsert yarışlarından və digər kütləvi mərasimlərdən ibarətdir. "Çempionlar" müsabiqəsində, iştirakçı xorlar qızıl, gümüş və bürünc medallar uğrunda, "Açıq" yarışmalarda isə "Uğurlu iştirak" diplomunu əldə etmək üçün mübarizə aparırlar. Müxtəlif kateqoriyalar üzrə ən yüksək xal yaxud da qızıl medal qazanmış xor təmsilçisi, "Dünya Xor Oyunları Çempionu" adına layiq görülür.
Xor əsərləri
Qlobal incəsənət hadisəsi, musiqinin çoxsaylı janrlarını əhatə edir. Olimpiadada, Müqəddəs Xor Musiqisi(İlahilər), caz, pop, folklor üslublu xoral əsərlər mübarizəyə qoşulur.
Təmsilçilər
Dünya Xor Oyunlarının məxsusi özəlliklərindən biri də, iştirakçı xorlarda, orta yaş həddinin aşağı olmasıdır. İnterkultur fondu məhz bu səbəblə, müsabiqədə xüsusi "Seminarlar" hissəsi təşkil edir. Bu mərhələdə, dünyanın müxtəlif ölkələrindən olan gənc xor musiqiçiləri, məşhur ekspertlərin öndərliyində təlimlərə cəlb olunur.
Dünya Xor Oyunlarının (WCG) təşkilat mərhələlərinə daxil olan əsas elementlər aşağıdakı siyahıda ətraflı şəkildə təqdim edilmişdir:[3]
İl | Müsabiqə | Ev sahibi | Tarixlər | Ölkə sayı | İştirakçı xor sayı | Kateqoriyalar | Medallar | ||
---|---|---|---|---|---|---|---|---|---|
Qızıl | Gümüş | Bürünc | |||||||
2000 | 1-ci Xor Olimpiadaları[4] | Avstriya, Linz | 7–16 iyul | 60 | 342 | 28 | 69 | 124 | 34 |
2002 | 2-ci Xor Olimpiadaları[5] | Cənubi Koreya, Pusan | 19–27 Oktyabr | 48 | 288 | 25 | 54 | 102 | 38 |
2004 | 3-cü Xor Olimpiadaları[6] | Almaniya, Bremen | 8–18 iyul | 83 | 360 | 26 | 98 | 163 | 33 |
2006 | 4-cü Dünya Xor Oyunları[a][7] | ÇXR, Syamen | 15–26 iyul | 80 | 400 | 26 | 75 | 140 | 39 |
2008 | 5-ci Dünya Xor Oyunları[8] | Avstriya, Qras | 9–19 iyul | 93 | 441 | 28 | 130 | 191 | 27 |
2010 | 6-cı Dünya Xor Oyunları[9] | ÇXR, Şaoxinq | 15–26 iyul | 83 | 472 | 24 | 66 | 117 | 28 |
2012 | 7-ci Dünya Xor Oyunları[10] | ABŞ, Sinsinatti | 4–14 iyul | 64 | 362 | 23 | 106 | 139 | 19 |
2014 | 8-ci Dünya Xor Oyunları[11] | Latviya, Riqa | 9–19 iyul | 73 | 460 | 29 | 229 | 174 | 16 |
2016 | 9-cu Dünya Xor Oyunları[12] | Rusiya, Soçi | 6–16 iyul | 73 | 283 | 29 | 116 | 86 | 4 |
2018 | 10-cu Dünya Xor Oyunları[13] | Cənubi Afrika Respublikası, Tşvana | 4–14 iyul | 62 | 300 | 28 | 134 | 92 | 12 |
2021 | 11-ci Dünya Xor Oyunları[b] | Belçika, Antverpen və Gent | 30 Oktyabr–7 noyabr | 51 | 308 | 14 | 38 | 36 | 1 |
2023 | 12-ci Dünya Xor Oyunları | Cənubi Koreya, Qanqneyunq | 3–13 iyul[14] | Müəyyənləşəcək | |||||
2024 | 13-cü Dünya Xor Oyunları | Yeni Zelandiya, Oklend | 10-20 iyul[15] | Müəyyənləşəcək |
Aşağıdakı cədvəldə, Dünya Xor Oyunlarında ümumi medal sayına görə qələbə qazanmış ölkələrin, illər üzrə siyahısı göstərilmişdir:
Müsabiqə | Qalib ölkə |
---|---|
1-ci Xor Olimpiadaları | Macarıstan |
2-ci Xor Olimpiadaları | ÇXR |
3-cü Xor Olimpiadaları | ÇXR |
4-cü Dünya Xor Oyunları | Cənubi Koreya |
5-ci Dünya Xor Oyunları | Cənubi Afrika Respublikası |
6-cı Dünya Xor Oyunları | ÇXR |
7-ci Dünya Xor Oyunları | ABŞ |
8-ci Dünya Xor Oyunları | Latviya |
9-cu Dünya Xor Oyunları | Rusiya |
10-cu Dünya Xor Oyunları | Cənubi Afrika Respublikası |
11-ci Dünya Xor Oyunları | Belçika |
12-ci Dünya Xor Oyunları | Müəyyənləşəcək |