Erkin Qədirli

Erkin Toğrul oğlu Qədirli (13 may 1972[1], Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VIVII çağırış deputatı, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü.

Erkin Qədirli
bayraq
Azərbaycan Milli Məclisinin VI çağırış deputatı
bayraq2
Vəzifədədir
10 mart 2020-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 13 may 1972(1972-05-13)[1] (52 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkin Qədirli 13 may 1972-ci ildə Bakı şəhərində anadan olub.[2] 1994–2006-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi olub, hüquq nəzəriyyəsi fənnini tədris edib, həmçinin Beynəlxalq Münasibətlər fakültəsində mühazirələr oxuyub. Müxtəlif vaxtlarda Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı, BMT, Avropa Şurası, ATƏT kimi təşkilatlarda, həmçinin bir sıra milli və beynəlxalq layihələrdə və işçi qruplarında ekspert kimi fəaliyyət göstərib.

1998-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin təsisinə dair Romada keçirilmiş BMT-nin Diplomatik Konfransında Azərbaycanın nümayəndə heyətinin üzvü olub. 1999-cu ildə Almaniyada nəşr edilmiş "Commentary on the Rome Statute of the International Criminal Court" (azərb. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin Şərhi‎) kitabının müəlliflərindən biridir. 25 dekabr 2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) siyasi hərəkatının həmtəsisçisi olub.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2014-cü il mayın 13-də Respublikaçı Alternativ partiyasında başqanlıq vəzifəsindən kənarlaşdırılıb.[3][4]

Respublikaçı Alternativ (REAL) partiyasının İdarə Heyəti üzvü olmuşdur.

9 fevral 2020-ci ildə keçirilən növbədənkənar seçkilərdə 16 saylı Yasamal II dairədə qalib oldu və millətvəkili seçildi. Erkin Qədirli Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin və Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü seçilib.

Erkin Qədirli İrlandiya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna rəhbər[5] və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə üzv seçilib.[6]

4 avqust 2020-ci ildən Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvüdür.

  1. 1 2 Erkin GADIRLI // https://pace.coe.int/en/members/8292.
  2. "Mən Bakıda doğulmuşam. Gəncə mənim üçün doğma şəhərdir, orada qohumlarım, dostlarım çoxdur. Amma mən Bakıda doğulmuşam, burada böyümüşəm." — Erkin Qədirlinin rəsmi "Facebook" hesabı Arxivləşdirilib 2021-09-03 at the Wayback Machine, 5. sentyabr 2020
  3. "Erkin Qədirli başqanlıqdan ad günündə çıxarılıb". lent.az. lent.az. İstifadə tarixi: 9 fevral 2020.[ölü keçid]
  4. "Erkin Gadirli: I fully support widening and deepening of relations between Azerbaijan and EU". commonspace.eu. commonspace.eu. 2020-12-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 fevral 2020.
  5. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
  6. "Arxivlənmiş surət". 2021-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-27.