Erməni Rita (erm. Ռիտա Հայաստանի; 11 yanvar 1278[1] – iyul 1333[2][1]) — Erməni-Kilikiya çarı II Levonun qızı, Bizans imperatriçası.[3] Evləndikdən sonra adı Mariya Dukan Paleoloq (yun. Μαρία Δούκαινα Παλαιολογίνα) olaraq dəyişdirildi.[4]
Erməni Rita | |
---|---|
21 may 1294 – 12 oktyabr 1320 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 yanvar 1278[1] |
Vəfat tarixi | iyul 1333[2][1] (55 yaşında) |
Fəaliyyəti | suveren[d] |
Atası | II Levon |
Anası | Keran |
Həyat yoldaşı | |
Uşaqları | |
Ailəsi | Hetumilər |
Vikianbarda əlaqəli mediafayllar |
16 yanvar 1294-cü ildə Ayasofiyada keçirilən mərasimlə Bizans imperatoru II Andronikin varisi Mixaillə evləndirildi. 21 may 1294-cü ildə baş tutan tacqoyma mərasimində ortaq imperator elan edilən ərinin yanında imperatriça elan edildi. Ancaq o əsnada ortaq imperator olan qaynatası II Andronikin xanımı İrina həyatda idi və bu səbəblə, Montferratlı İrinanın öldüyü 1317-ci ilədək kiçik imperatriça olaraq anımağa başlandı. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi.
Övladları Anna və Manuelin, ardından isə əri IX Mixailin vəfatından sonra monastıra çəkilən Rita Xene adını alaraq qalan həyatını rahibə olaraq yaşadı və 1333-cü ilin iyulunda vəfat etdi.