II Andronik Paleoloq (yun. Ανδρόνικος Β' Παλαιολόγος, translit. Andrónikos V' Palaiológos; 25 mart 1259[1][2], İznik, Bizans imperiyası – 13 fevral 1332[3][4], Konstantinopol) — Bizans imperatoru (hak. 1282–1328). O, Bizansın 1204-cü ildə səlibçilər tərəfindən ələ keçirilmiş keçmiş torpaqlarını geri almış və feodalların separatçı istəklərini yatırmışdır. Papa ilə ittifaqa qarşı çıxan Paleoloq Kiçik Asiyada güclü türk basqınçılara qarşı vuruşmuşdur. 1321-ci ildə zadəganlar nəvəsi III Andronik Paleoloqu (hak. 1341–1328) taxta çıxarmaq üçün ona qarşı üsyan etmişdilər. Uzunmüddətli bir mübarizədən sonra taxtdan enmək məcburiyyətində qalan Paleoloq 1332-ci ildə monastırda vəfat etmişdir.
II Andronik Paleoloq | |
---|---|
q.yun. Ἀνδρόνικος Παλαιολόγος | |
| |
Bizans imperatoru[d] | |
11 dekabr 1282 – 24 may 1328 | |
Əvvəlki | VIII Mixayil Paleoloq |
Sonrakı | III Andronik (imperator) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 mart 1259[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 13 fevral 1332[3][4] (72 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | imperator |
Atası | VIII Mixayil Paleoloq |
Uşaqları | |
Dini | şərqi ortodoks xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |