Erməni xəstəliyi (və ya periodik xəstəlik və ya Yerevan xəstəliyi və ya nevropatiyasız irsi ailə amiloidozu və ya ailəvi Aralıq dənizi qızdırması; digər adları: Ceynuey-Mozental paroksizmal sindromu, periodik peritonit, Reymann sindromu, Siqal-Mamu xəstəliyi) — nadir genetik irsi xəstəlik, özünü periodik residiv serozitdə və amiloidozun inkişafında göstərir. Özünü əsasən ulu babaları Aralıq dənizi sahillərində yaşamış xalqların nümayəndələrində (sonradan harada yaşamasından asılı olmayaraq), xüsusilə ermənilərdə, yəhudilərdə, ərəblərdə, ancaq 6% digər millətlərin nümayəndələrində göstərir.[1][2]
Erməni xəstəliyi angedoniya, böyrəklərin sıradan çıxmasını və laktozanı qəbul etməmə yaradır.