Ermənistanın İstiqlal Bəyannaməsi (erm. Հայաստանի Հանրապետության անկախության հռչակագիր) — 23 avqust 1990-cı il tarixində İrəvan şəhərində Ermənistan SSR Ali Soveti tərəfindən tərtib olunmuş, Ermənistan SSR Ali Sovetinin Sədri Levon Ter-Petrosyan və Ermənistan SSR Ali Sovetinin Katibi Ara Sahakyan tərəfindən imzalanmış, Ermənistan Respublikasının müstəqilliyini rəsmən elan edən sənəd.
Ermənistanın İstiqlal Bəyannaməsi | |
---|---|
erm. Հայաստանի Հանրապետության անկախության հռչակագիր | |
İmzalanma tarixi | 21 sentyabr 1990 |
Təsdiqlənib | 21 sentyabr 1990 |
Orijinal dil | Erməni dili |
İmzalanma yeri | İrəvan |
Müəllif | Ermənistan SSR Ali Soveti |
İmzalayanlar |
Levon Ter-Petrosyan Ara Sahakyan |
Ermənistan Respublikası SSRİ-nin süqutundan sonra 23 sentyabr 1991-ci il tarixində yaradılmışdır. Bəyannamənin hazırlanması barədə qərar Ermənistan SSR Ali Soveti və Dağlıq Qarabağ Milli Şurası tərəfindən 1 dekabr 1989-cu ildə alınmışdır.
Bəyannamə 12 sətrlikdir. Bunlardan biri erməni diasporunun üzvlərinin ölkəyə qayıtma hüquq almasıdır.[1] Bəyannamə Ermənistan SSR-nin adını Ermənistan Respublikasına dəyişir, yeni gerb və himn təsis etmişdir. Bəyannamə öz valyutasına, silahlı qüvvələrinə və bank sisteminə malik bir Ermənistanın müstəqilliyinə də sitat gətirir. Bəyannamə azad fikrin və mətbuatın qorunub-saxlanacağına, eləcə də ayrı-ayrı müstəqil bir məhkəmə, qanunverici və prezidentlik orqanlarının yaradılacağına qarantiya verir. O, çoxpartiyalı bir demokratiyanın yaradılmasından da bəhs edir. Bəyannaməyə görə ölkənin rəsmi dili erməni dilidir. Bəyannamə "1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda gerçəkləşən soyqırımın tanınması"nı dəstəkləyir.[2]
Bu, Ermənistanın ikinci İstiqlal Bəyannaməsidir. Bu sənəd 28 may 1918-ci ildə imzalanmışdır və Birinci Ermənistan Respublikasının müstəqilliyini elan edirdi. Bu respublika 1920-ci ildə bolşeviklər tərəfindən işğal olunmuşdu.[3]