Ermənistan–Meksika münasibətləri

Meksika—Ermənistan münasibətləriMeksikaErmənistan arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür.

Meksika—Ermənistan münasibətləri
Meksika və Ermənistan
 Meksika  Ermənistan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

26 dekabr 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan müstəqilliyini bərpa edir. 14 yanvar 1992-ci ildə Ermənistan və Meksika arasında rəsmi diplomatik münasibətlər qurulur. Münasibətlərin qurulmasından bəri ölkələr arasında təmaslar olduqca aşağı səviyyədə və əsasən Birləşmiş Millətlər Təşkilatı səviyyəsində diplomatik məsələlərlə əlaqəli olaraq davam etdirilir. 2002-ci ilin martında Ermənistanın Baş Naziri Andranik Marqaryan maliyyə inkişafı ilə bağlı beynəlxalq konfransda iştirak etmək üçün Monterreyə gəlir. Bu müstəqillik qazandıqdan sonra Ermənistan hökumətindən yüksək vəzifəli bir şəxsin Meksikaya ilk səfəri olur. 2002-ci ilin avqust ayında Ermənistan Xarici İşlər Naziri Vartan Oskanyan Meksikaya rəsmi səfər edir. Səfər zamanı Mədəniyyət və Təhsil sahəsində əməkdaşlıq haqqında saziş, habelə Rəsmi və Diplomatik pasport sahibləri üçün vizaların ləğvi barədə saziş imzalanmışdır[1].

2012-ci ilin oktyabrında Ermənistan Xarici İşlər Naziri Edvard Nalbandyan Meksikaya rəsmi səfər edir. Səfər zamanı o, Xocalı soyqırımının 2011-ci ildə Meksika tərəfindən tanınmasından narahatlığını dilə gətirir[2]. Ermənistan Xarici İşlər Naziri Meksikanın Paseo de la Reforma prospektində keçmiş Azərbaycan Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunmuş abidə qoyulması təklifindən də narahatlığını vurğulayır. Meksikadakı insan haqları qruplarının müqavimətindən sonra Prezident Heydər Əliyevin heykəli sökülərək özəl sektora köçürülür[3]. Xarici işlər naziri Edvard Nalbandyan Meksikaya səfəri zamanı Meksika Senatında çıxış edir. Burada ölkələr arasında diplomatik münasibətlərin yaxşılaşdırılması və Ermənistanın Meksikada səfirliyi aşılacağı barədə danışır[4]. 2015-ci ilin aprel ayında Meksika Senatı Ermənistan tarixinə və diplomatik əlaqələrin qurulmasının 23-cü ildönümünə həsr olunmuş bir Erməni Mədəniyyət Həftəsi keçirir. Bununla belə Meksika Qondarma Erməni Soyqırımını rəsmən tanımır[5]. 2017-ci ilin noyabr ayında Meksika Konqresinin iki üzvü Ermənistan hökumətinin dəvəti ilə Meksika-Ermənistan Dostluq Qrupunun tərkibində Ermənistana rəsmi səfərdə olmuş və Ermənistan qüvvələrinin nəzarəti altında olan, Azərbaycana məxsus Dağlıq Qarabağı ziyarət etmişlər. Onların səfəri Meksika hökuməti tərəfindən sanksiya olunmamış və bu da Azərbaycanla Meksika arasında diplomatik qalmaqala səbəb olmuşdur[6].

2019-cu ilin iyun ayında Meksika İrəvanda fəxri konsulluğunu açmışdır[7].

2018-ci ildə ölkələr arasındakı ticarət həcmi 1,7 milyon ABŞ dolları təşkil etmişdir[8].. Ermənistanın Meksikaya ixracatı: elektrik qutuları, elektrik dövrələri, rentgen aparatları üçün ehtiyat hissələri və aksesuarlar. Meksikanın Ermənistana ixracatı: üç təkərli motosikllər, pivə, tekila, quru meyvələr və qəhvə.

Diplomatik nümayəndəliklər

[redaktə | mənbəni redaktə et]

Ermənistanın Mexikoda səfirliyini vardır[9].

Meksikanın Ermənistandakı maraqları Moskvadakı səfirlik və İrəvandakı Fəxri Konsulluq vasitəsi ilə təmsil olunur[10].

  1. "Bilateral relations between Mexico and Armenia" (PDF). 2019-10-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-10-25.
  2. "Armenia rebukes Mexico over Khojalu stance". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-25.
  3. "La estatua azerí que causa controversia en México (in Spanish)". 2020-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-25.
  4. "Comisión de Relaciones Exteriores, Asia-Pacífico: Reunión con el Ministro de Relaciones Exteriores de la República de Armenia Edward Nalbandian (in Spanish)" (PDF). 2015-09-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-10-25.
  5. "Countries that Recognize the Armenian Genocide". 2019-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-25.
  6. "Viaje diplomático de diputados mete en aprietos a México con Armenia y Azerbaiyán (in Spanish)". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-25.
  7. "Honorary Consulate of Mexico opens in Armenia". 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-25.
  8. "Mexican Ministry of the Economy: Armenia (in Spanish)". 2019-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-11.
  9. "Embassy of Armenia in Mexico City". 2020-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-25.
  10. "Embassy of Mexico in Moscow, Russia (in Russian and Spanish)". 2016-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-25.