Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ermənistan və Qafqaz Albaniyası sərhəd mübahisəsi — Ermənistan Krallığı (h. e.ə. 331–428) və Qafqaz Albaniyası (h. e.ə. IV əsr — 705) arasında olan sərhəd barədə Azərbaycan və Ermənistan tarixçiləri tərəfindən ortaya qoyulan fərqli görüşlərə verilən ad. Azərbaycan tarixçilərinə görə iki dövlət arasındakı sərhəd Araz çayı boyunca, erməni tarixçilərə görə isə Kür çayı boyunca keçirdi. Bu mübahisənin yaranmasının ən böyük səbəbi Dağllq-Qarabağ münaqişəsidir, çünki Azərbaycan tarixçilərinin ortaya qoyduğu görüşə əsasən, Qafqaz Albaniyası Qarabağ və ətraf ərazilərdə hakimiyyət sürürdü. Bəzi Erməni tarixçilərinin dediklərinə görə, Kür çayının qərbində olan və hal-hazırda Azərbaycan Respublikasının bir parçası olan ərazilər e.ə. VII əsrdən bəri erməni etnosuna aid idi. Buna əlavə olaraq, Ermənistan tarixçilərinin bəziləri Ermənistan Krallığının e.ə. II əsrdə türk ərazilərini işğal etdiyi iddiasını ortaya atıblar.
Tarix ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |