Ermənistan–Səudiyyə Ərəbistanı münasibətləri

Səudiyyə Ərəbistanı—Ermənistan münasibətləriSəudiyyə ƏrəbistanıErmənistan arasında iki tərəfli diplomatik münasibətlər. Ermənistan və Səudiyyə Ərəbistanı arasında rəsmi diplomatik əlaqələr yoxdur. Buna səbəb isə Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina etməsidir[1]. Bununla belə iki ölkə arasındakı münasibətlərdə, türk nüfuzunun artmasına qarşılıq ümumi müqavimət üzündən 2010-cu illərdən bəri əhəmiyyətli dərəcədə istiləşmə müşahidə olunur.

Səudiyyə Ərəbistanı—Ermənistan münasibətləri
 Səudiyyə Ərəbistanı  Ermənistan

1990-cı illərdən 2010-cu illərin əvvəllərinə

[redaktə | mənbəni redaktə et]

Dağlıq Qarabağ münaqişəsinə görə Səudiyyə Ərəbistanı, Azərbaycanın Qarabağdakı mövqeyini dəstəklədiyi üçün Ermənistanla rəsmi münasibətlər qurmamışdır. Səudiyyə Ərəbistanı Azərbaycanın bir hissəsi olaraq Qarabağ bölgəsi ilə bağlı mövqeyində möhkəm qaldığından və əlaqələr qurmadığından bu məsələ bu formada qalır[2][3].

2010-cu ilin ortalarından

[redaktə | mənbəni redaktə et]

Lakin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın hakimiyyətə gəlməsindən, Səudiyyə Ərəbistanı və Ermənistanla münasibətləri pis olan Türkiyə ilə artan düşmənçiliyindən sonra iki ölkə arasında münasibətlər yeni bir inkişaf səviyyəsini qədəm qoyur. Həm Səudiyyə Ərəbistanı, həm də Ermənistan Rəcəb Tayyib Ərdoğan dövründə türk ekspansionizminin bu ölkələr üçün bir təhdid kimi ortaq bir baxışa sahibdirlər. Səudiyyə Ərəbistanı 2019-cu ildə antitürk boykotu elan edir. Vəziyyəti Türkiyə hökumətinin Səudiyyə əleyhinə açıqlamaları ağırlaşdırır. Ermənistanın isə Qondarma Erməni Soyqırımı və Azərbaycanla ittifaqı mövzusunda Türkiyə ilə mübahisələri var[4][5].

2019-cu ildə Səudiyyə Ərəbistanı ABŞ Konqresində Qondarma Erməni Soyqırımının tanınmasına dair son qərara vasitəçilik etməyi qəbul edir. Səudiyyə şahzadəsi Rima bint Bəndər əl-Səud açıqlamasında Türkiyəni soyqırımı tanımağı rədd edən ikiüzlülüyünə görə qınayır. Səudiyyə Ərəbistanının Livandakı səfiri Səudiyyə Ərəbistanının Ermənistanla həmrəyliyini nümayiş etdirmək üçün Qondarma Erməni Soyqırımı Memorialını da ziyarət edir[6]. 2018-ci ilin sentyabr ayında iki ölkə arasında rəsmi əlaqələrin qurulmamasına baxmayaraq, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz əs-Səud Ermənistanı Müstəqillik Günü münasibətilə təbrik edirlər[7]. 2020-ci ildə Dağlıq Qarabağda silahlı qarşıdurma başlayanda, Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirlikləri ilə birlikdə, gizli şəkildə Azərbaycana qarşı mübarizədə Ermənistanı dəstəkləməsi iddia olunur[8]. Bundan əlavə Səudiyyə Ərəbistanının təsir darəsində olan Əl-Ərəbiya telekanalı Ermənistan Prezidenti Armen Sarkisyanın xüsusi bir nitqini yayımlayır. Çıxışında Ermənistan Prezidenti beynəlxalq ictimaiyyəti Türkiyə və Azərbaycanın münaqişəyə ortaq müdaxiləsinin qarşısını almağa çağırışlar edir. Səudiyyə Ərəbistanı Ermənistan yaxınlaşmasının əsas səbəbi Türkiyə faktorudur.

Digər tərəfdən Səudiyyə Ərəbistanı Azərbaycanı İrana qarşı potensial tərəfdaş kimi qəbul etməsi səbəbi ilə hər iki tərəfi (Ermənistan və Azərbaycan) problemi həll etməyə çağırmaq əvəzinə birbaşa Ermənistanı dəstəkləməkdən çəkinir[9][10].

  1. "Saudi Arabia – Bilateral Relations – Ministry of Foreign Affairs of the Republic of Armenia". MFA.am. 27 December 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 November 2011.
  2. "Saudi Arabia not to establish diplomatic relations with Armenia, until Azerbaijan's territorial integrity to be restored: Ambassador". en.trend.az. 8 April 2009. 2020-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-07.
  3. "Armenia No Friend To Muslim States, Says Aliyev". «Ազատ Եվրոպա/Ազատություն» ռադիոկայան. 2017-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.
  4. "Saudi prince calls for boycott of Turkey". Middle East Monitor. May 7, 2019. May 7, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 2, 2020.
  5. "Saudis must boycott 'everything Turkish,' says commerce head after Erdogan remarks". Al Arabiya English. October 3, 2020. October 4, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 2, 2020.
  6. "Saudi Arabia's Ambassador to Lebanon visits Armenian Genocide Memorial in Antelias". armenpress.am. 2019-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.
  7. "الملك وولي العهد يهنئان رئيس أرمينيا بذكرى استقلال بلاده". 20 سبتمبر 2018. 2020-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 أكتوبر 2020 – Al Riyadh vasitəsilə.
  8. Fenton-Harvey, Jonathan. "How the Armenia-Azerbaijan conflict could spiral into a proxy war". alaraby. 2020-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.
  9. "Saudi Arabia calls for peaceful solution to conflict between Armenia and Azerbaijan". Al Arabiya English. September 28, 2020. October 1, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 2, 2020.
  10. "How the Armenia-Azerbaijan conflict could ignite a Middle East flare-up". Middle East Eye. 2020-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-02.