Ermənistan–Suriya münasibətləri

Suriya—Ermənistan münasibətləriSuriyaErmənistan arasında iki tərəfli diplomatik münasibətlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatının üzvüdür. Diplomatik münasibətlər 1992-ci ildə qurulmuşdur. Ermənistanın Şamda səfirliyi və Hələbdə isə konsulluğu var. 1997-ci ildə isə Suriya İrəvanda səfirlik açmışdır.

Suriya—Ermənistan münasibətləri
Suriya və Ermənistan
 Suriya  Ermənistan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ermənistanla Suriya arasındakı münasibətlər uzun bir tarixə malikdir. VII əsrdə Kilikiya Ermənistanı Bizans və Ərəb xilafəti arasında sülh pozulana qədər müstəqilliyini qoruyur. II Yustinianın ərəblərlə müharibəni başladıqdan sonra Kilikiyadakı Slavyan köçkünlər onların tərəfinə keçir və nəticədə Kilikya Ermənistanı asanlıqla işğal edilir. Daha sonra hər iki tərəf də bu bölgəyə yürüşlər təşkil edir.

705-ci ildə Ermənistanın İşxanı Bizans imperatoruna kömək istəyi ilə müraciət edir. Bizanslılar İşxanı dəstəkləyir, ancaq məğlub olurlar. Bu hərəkətlərdən xəbər tutan Xəlifə nüfuzlu erməni feodallarını məhv etmək əmrini verir.

Ərəblərin fəth edilmiş torpaqların sakinləri ilə əlaqələrini yaxşılaşdırması lazım idi. Buna görə 705-ci ildə xəlifə Vəlid ermənilərin görüşünə getdi, erməni vilayətlərinin valisini əvəz etdi.

Suriya erməniləri

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Suriya erməniləri

1915-ci ildə yüz minlərlə erməni Osmanlı dövlətinə qarşı sərgilədiyi münasibətdən dolayı Deyr əz-Zor vilayətinə sürgün edilir. Sürgün samanı köçürülənlər Suriyanın müxtəlif şəhərlərinə yerləşirlər. Ən böyük icma Hələbdə kök salır. Onlar Hələbdə hətta mədəniyyət mərkəzlərinidə qurmağa müvəffəq olmuşlar.

Ermənistan Diaspor Nazirliyinin məlumatına görə, Suriyada vətəndaş müharibəsi başlamazdan əvvəl Suriyada təxminən 100 min erməni yaşayırdı ki, bunlardan da 60 mini Hələbdə, 8 mini Əl-Qamışlıda, 6-7 mini Şamda cəmlənmişdi. Şam, Hələb, Latakiya kimi şəhərlərdə erməni kilsələri, məktəbləri, mədəniyyət mərkəzləri var idi. Bu icma bütün erməni diasporunda ən mütəşəkkili hesab olunurdu[1].

Vətəndaş müharibəsinin başlaması ilə Suriyadan Ermənistana on minlərlə erməni qaçqın gəlir. Ərəb respublikasının Kürd hissəsində, Əl-Qamışlı şəhərində icma olduqca azalır. Bununla belə yenə də azda olsa qalır. Kürd özünümüdafiə qüvvələri ilə əməkdaşlıq edən erməni milisləri tərəfindən idarə olunan bəzi məhəllələr qalmaqdadır[2]. Bəzi mənbələr Suriyadan gələn ermənilərin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə köçürülməsi barədə məlumatlar verir[3].

Ermənistan rəhbərliyinə görə20 mindən çox erməni hələ də Suriya Ərəb Respublikasında qalır. Dövlət hamısını qəbul etməyə hazır olduğunu bəyan edir[4].

  1. Виртуальный музей истории армянской диаспоры. Статья: Сирия Arxivləşdirilib 2019-04-07 at the Wayback Machine (на армянском). Министерство диаспоры Республики Армения
  2. "Cирийские армяне в Армении: Перевод статьи издания Open Democracy Беженцы или репатрианты?". Иносми.ру. 2015-10-18. 2016-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-29.
  3. "Suriya erməniləri Qarabağda - Avropa pul ayırdı, İrəvan köçürməyə başlayır". 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-01.
  4. Deutsche Welle. "Сирийские армяне: как они устраиваются на исторической родине". 2015-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-29.