Ermənistan–Uruqvay münasibətləri

Uruqvay—Ermənistan münasibətləriUruqvayErmənistan arasında iki tərəfli diplomatik münasibətlər. Cənubi Amerikanın bu kiçik dövləti böyük bir erməni icmasına ev sahibliyi edir. Uruqvayda təxminən 16.000 nəfər erməni icması yaşayır[1].

Uruqvay—Ermənistan münasibətləri
Uruqvay və Ermənistan
 Uruqvay  Ermənistan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uruqvaya ilk ermənilər 1800-cü illərin sonlarında gəlirlər[2]. 1920-1930-cu illər arasında çox sayda erməni bu ölkəyə üz tutur. 20 aprel 1965-ci ildə Uruqvay dünyada erməni soyqırımını rəsmən tanıyan ilk dövlət olur.[3] 1939-cu ildə Ümumerməni Xeyriyyə Birliyi Uruqvayın Montevideo şəhərində ofislərini açır.

26 dekabr 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan müstəqilliyini bərpa edir. 27 may 1992-ci ildə Ermənistan və Uruqvay arasında diplomatik əlaqələr qurulur[4]. 1992-ci ilin iyununda Ermənistan Prezidenti Levon Ter-Petrosyan Uruqvaya rəsmi səfər edir. 1997-ci ilin fevralında Uruqvay İrəvanda fəxri konsulluğunu açır. 2012-ci ilin may ayında Uruqvay Xarici İşlər Naziri Luis Almaqro Lemes Ermənistana rəsmi səfər edir[5]. Bu Ermənistana səfər edən ən yüksək çinli Uruqvay məmuru olur.

Dövlət ziyarətləri

[redaktə | mənbəni redaktə et]
Ermənistandan Uruqvaya yüksək səviyyəli səfərlər

Prezident Levon Ter-Petrosyan (1992)

Xarici İşlər Naziri Vaan Papazyan (1994)

Xarici işlər Naziri Vartan Oskanyan (2000)

Prezident Robert Köçəryan (2002)

Prezident Serj Sarkisyan (2014)

Uruqvaydan Ermənistana yüksək səviyyəli səfərlər

Xarici İşlər Nazirinin müavini Karlos Perez del Kastillo (1997)

Xarici İşlər Naziri Luis Almaqro (2012)

İkitərəfli müavilələr

[redaktə | mənbəni redaktə et]

1992-ci ildə hər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından bəri çoxsaylı ikitərəfli müqavilələr imzalanmışdır:Diplomatik və Xidməti pasport sahiblərinə münasibətdə vizasız rejimin qurulması haqqında Saziş; Mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş; Səhiyyə və tibb sahəsində əməkdaşlıq haqqında Saziş; İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş; Müntəzəm pasport sahibləri üçün viza tələbinin ləğvi barədə razılaşma və İqtisadi Əməkdaşlıq Müqaviləsi.

Diplomatik nümayəndəliklər

[redaktə | mənbəni redaktə et]

Ermənistanın Argentinadakıı səfirliyi həmçinin Uruqvardada akreditə olunmuşdur. Üstəlik Montevideoda fəxri konsulluğa sahibdir[6].

Uruqvay İranın Tehrandakı səfirliyi Ermənistanda akkreditə olunmuşdur və İrəvanda fəxri konsulluğunu vardır[7].

  1. "Colectividad dividida se une para el centenario (in Spanish)". 2017-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-25.
  2. "Armenios: Un siglo de resistencia (in Spanish". 2017-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-25.
  3. "Uruguay Recognizes the Armenian Genocide". 2017-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-25.
  4. "Bilateral Relations Armenia-Uruguay". 2022-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-25.
  5. "Hermandad entre Armenia y Uruguay y visita del canciller Almagro (in Spanish)". 2017-07-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-25.
  6. "Honorary Consulate of Armenia in Uruguay". 2017-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-31.
  7. "Uruguayan Ministry of Foreign Affairs". 2018-09-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-10-25.