Ermənistan Kommunist Partiyası (1920)

Bu məqalə Ermənistan SSR-dəki siyasi partiya haqqındadır. 1991-ci ildə təsis edilmiş partiya üçün Ermənistan Kommunist Partiyası (1991) səhifəsinə baxın.

Ermənistan Kommunist Partiyası — 1920-ci ilin fevralında bolşeviklər tərəfindən yaradılmış kommunist ideologiyalı siyasi partiya. Sovet İttifaqı Kommunist Partiyasının tərkib hissəsi idi. Ermənistan Xalq Cümhuriyyətinin süqutandan sonra 1920-ci il tarixində qurulan Ermənistan Sovet Sosialist Respublikasının yeganə hakim siyasi partiyası olub. Ermənistan SSR 1990-ci ildə çox partiyalı sistemə keçəndə, partiyanın mütləq hakimiyyəti sona çatıb və ləğv edilib.

Ermənistan Kommunist Partiyası
Loqonun şəkli
Quruluş tarixi 30 iyun 1920
Dağılma tarixi 7 sentyabr 1991
Xələfi Ermənistan Demokratik Partiyası
Ermənistan Kommunist Partiyası
İdeologiya kommunizm, marksizm-leninizm
İdeoloji spektr İfrat solçuluq
Şüar Bütün ölkələrin proletarları birləşin!
Rəngləri Qızılı
Bayrağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar