Ermənistan Kommunist Partiyası (1991)

Bu məqalə 1991-ci ildə təsis edilmiş partiya haqqındadır. Ermənistan SSR-dəki siyasi partiya üçün Ermənistan Kommunist Partiyası səhifəsinə baxın.


Ermənistan Kommunist Partiyası (EKP; erm. Հայաստանի կոմունիստական կուսակցության, Hayastani Komunistakan Kusaktsutyun) — Ermənistanda özünü 1920-ci ildə qurulan və Ermənistan SSR-nin mövcud olduğu dövründə (1991-ci ilə qədər) hakimiyyətdə olmuş yeganə partiya olan Sov.İKP daxilində Ermənistan Kommunist Partiyasının hüquqi varisi hesab edən siyasi partiya. Ermənistanın əsas kommunist partiyasıdır, 2006-cı ildə onun 18 min üzvü var idi.[3] "Hayastani komunist" və "Pravda Armenii" qəzetlərini nəşr edir.

Ermənistan Kommunist Partiyası

erm. Հայաստանի կոմունիստական կուսակցության
Loqonun şəkli
Lideri Taçat Sarkisyan
Quruluş tarixi 29 iyul 1991 (qeydiyyatdan keçmişdir)
Baş qərargah İrəvan, Ermənistan
İdeologiya Kommunizm
İdeoloji spektr solçuluq, İfrat solçuluq
Müttəfiqlər Ermənistanın Mütərəqqi Birləşmiş Kommunist Partiyası[1]
Gənclər təşkilatı Ermənistan Kommunist Gənclər İttifaqı
Üzv sayı 18,000[2]
Parlamentdə
0 / 105
Mətbuat orqanı "Hayastani komunist"
Saytı Rəsmi saytı

1920-ci ilin yanvarında Ermənistan Kommunist (bolşeviklər) Partiyası yaradılmışdır. 13 oktyabr 1952-ci ildə onun adı dəyişdirilərək Ermənistan Kommunist Partiyası olmuşdur. Ermənistan Kommunist Partiyasının 7 sentyabr 1991-ci ildə keçirilən XXX qurultayında partiyanın buraxılması haqqında qərar qəbul edilmişdir. Buna baxmayaraq, partiya sonradan bərpa olunmuşdur. 1991-ci ildən sonra müasir Ermənistanda Ermənistan Kommunist Partiyası I və II çağırış Ermənistan Milli Məclisinin tərkibində olmuşdur.[4]

  • 1995-ci ildə II çağırış – partiya 15% səs toplamışdır (6 deputat mandatı).
  • 1999-cu ildə II çağırış – partiya 12,09% səs toplamışdır (9 deputat mandatı).
  • III (2003), IV (2007), V (2012) çağırış parlament seçkilərində partiya Ermənistan Milli Məclisinə daxil ola bilməmişdir.
  1. "Армянские коммунисты объявили единый список кандидатов в депутаты". 2014-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-10.
  2. Gevorgyan, Siranouish; Grigoryan, Marianna. "Red Remembrance: Bolshevik revolution anniversary kindles nostalgia for diehards". ArmeniaNow. 3 November 2006. 2014-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-11.
  3. "Red Remembrance: Bolshevik revolution anniversary kindles nostalgia for diehards" // ArmeniaNow. 2016-10-10 tarixində arxivləşdirilib.
  4. "Коммунистическая партия Армении". 2017-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-07.