1 mart hadisələri,[1] 1 və 2 mart hadisələri,[2] Meydan hərəkatı[3] və ya 2008-ci il hadisələri[3] — 19 fevral 2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra baş verən etirazlar silsiləsi. Seçkiləri müşayiət edən pozuntulara qarşı olan kütləvi etirazlar ölkənin paytaxtı İrəvanda keçirilmişdir. Etirazların təşkilatçısı prezidentliyə namizəd və Ermənistan Respublikasının ilk prezidenti olan Levon Ter-Petrosyan və onun tərəfdarları idilər. Mitinqçilərin hüquq-mühafizə orqanları ilə toqquşması zamanı azı 8 nümayişçi və 1 hərbçi həlak olmuşdur,[4] 33 polis əməkdaşı xəstəxanaya yerləşdirilmişdir. Xəstəxanaya müraciət edənlərin ümumi sayı təxminən 230 nəfərə çatmışdır.[5]
Etiraz aksiyaları fevralın 20-də başladılmışdır və 10 gün ərzində İrəvanda davam etdirilmişdir. Teatr meydanında gün ərzində on minlərlə nümayişçi iştirak etmişdir, elə həmin gün onlarca çadır quraşdırılmışdır ki, nümayişçilər gecə də orada qala bilsinlər. Hakimiyyətin nümayişlərin dayandırmaq tələblərinə baxmayaraq, etiraz aksiyaları martın 1-dək davam etdirilmişdir. Martın 1-də səhər saatlarında polis dəyənəklər və elektroşokları istifadə edərək nümayişçiləri Azadlıq meydanından qovmuşdur.[6][7][8] Nümayişçilərin əksəriyyəti Həmən vaxtı hələ yatırdı. Nümayişçilərin arasında qadınlar, uşaqlar və yaşlılar var idi, onıar həmçinin gecə burada qalmışdırlar. Martın 1-nə olan məlumata görə, bəzi etirazçılar itkin düşmüş hesab edilirdilər.[9] Levon Ter-Petrosyan isə polis əməkdaşları tərəfindən məcburi olaraq öz evinə gətirilmişdir və ona faktiki ev dustaqlığı cəzası verilmişdir.[7][8][10]
Günorta saatlarına yaxın etirazçılar İrevanın mərkəzində yerləşən Fransa səfirliyinin qarşısına yığışmağa başladılar.[6] Günün sonunda etiraz aksiyası iştirakçılarının və polisin sayı xeyli artdı.[6][11] Hüquq-mühafizə qüvvələri axşam saat 4-də rayondan çıxarıldı, çünki onlar artan nümayişçilərin sayına daha müqavimət göstərə bilmirdilər. Fəallar çəpərlərin quraşdırılması üçün çevrilmiş avtobuslar və trolleybusları istifadə edirdilər. Axşam saatlarında polislə Myasnikyan meydanında səngərlənən nümayişçilər arasında toqquşmalar baş verdi. Axşam təxminən saat 10-da prezident Robert Köçəryan Ermənistan parlamentinin razılığı ilə nümayişlərin keçirilməsini qadağan edən və KİV-ni ciddi şəkildə məhdudlaşdıran 20 günlük fövqəladə vəziyyəti elan etdi.[5] Robert Köçəryan öz qərarını nümayişçilərin bir hissəsi Maştots prospekti yaxınlığındakı mağazaları qarət etməsi, bir neçə polis avtomobilləri və avtobusların yandırılması, həmçinin polis işçilərinə ağır xəsarət yetirilməsi ilə əsaslandırdı.
Fövqəladə vəziyyət təxminən martın 2-də gecə saat 1-də başladıldı. Levon Ter-Petrosyan Fransa səfirliyinin qarşısında etiraz edənləri evə getməyə çağırmaq məcburiyyətində qaldı, bununla da etirazlara son qoyuldu.
Polis А1 + müxalifət informasiya agentliyini mühasirəyə aldı və bağladı.[12]
Human Rights Watch etirazların 10-cu günündə Azadlıq meydanında çadır şəhərciyində olan dinc nümayişçilərə qarşı ifrat güc tətbiqi və zorakılığa görə Ermənistan hakimiyyətini tənqid etdi.[6]
1 martda polis qüvvələrinin tərkibində snayper fəaliyyət göstərirdi ki, silahlı adamlar hüquq-mühafizə orqanlarına ateş etməsin.[4]
Levon Ter-Petrosyan 1991-ci il oktyabrın 16-dan 1998-ci il fevralın 3-dək Ermənistanın prezidenti idi. 1998-ci ilin fevral ayında Ter-Petrosyan hökumətin digər üzvləri ilə fikir ayrılığı nəticəsində istefa verdi. Onu o vaxtkı baş nazir Robert Köçəryan əvəzlədi. Köçəryan 2003-cü il martın 5-də prezident seçkilərində ikinci dəfə qalib gəldi, baxmayaraq ki həmən vaxtı onu seçkilərdə dələduzluq etməkdə günahlandırırdılar. 2004-cü ilin əvvəlində Köçəryanın istefasını tələb edən müxalifətin nümayişləri keçirilmişdir. 2008-ci ilin fevralında Köçəryanın prezident vəzifəsində ikinci müddəti başa çatdı. O, baş nazir Serj Sarkisyanın növbəti prezident kimi namizədliyini dəstəklədi. Ter-Petrosyan da seçkilərdə namizədliyini irəli sürdü, 2007-ci il oktyabrın 26-da İrəvanda çıxışı zamanı o, Köçəryanın hökumətini kütləvi korrupsiya və son beş il ərzində "dörd milyard dollardan azı üçünün" mənimsəməsində ittiham etdi.[13] Seçkilər 2008-ci ilin fevralın 19-da keçirildi. MSK-nın məlumatına görə, Serj Sarkisyan 53% səs toplayaraq.qələbə qazandı. Rəsmi nəticələrə görə, Ter-Petrosyan 22 faiz səslə ikinci yerdə qaldı. ATƏT, AŞPA və Avropa Parlamentindən olan beynəlxalq müşahidəçilər bildirmişdilər ki, "Ermənistanda prezident seçkiləri əsasən beynəlxalq standartlara uyğun idi".[14]
Etiraz aksiyaları fevralın 20-da başladı, artıq fevralın 21-də müxalifətin 25 000 tərəfdarlarının mitinqində iştirak etdiyi barədə xəbər verilmişdi. Ter-Petrosyanın köməkçisi söz verdi ki, etirazlar "fasiləsiz" davam edəcək və hökumətdən tələb etdi ki, fevralın 22-də seçkilərlərin yenidən keçirilməsinə razılıq versin.[15] Fevralın 21-də müxalifət nümayəndələrindən olan Mərkəzi seçki komissiyasının iki üzvüsü bəyan etdilər ki, onlar seçkilərin nəticələrini tanımır, və ertəsi gün Daşnaksütyun partiyasından namizəd Vahan Ovannisyan seçkilərin yoxlanılmasından narazı qaldığı üçün, Ermənistanın Milli Assambleyasının vitse-spiker postundan istefa verdi və bildirdi ki, saxtalaşdırma mexanizmləri hələ 1996-cı ildə Ter-Petrosyan tərəfindən tətbiq edilməyə başlanmışdır.[16] Etirazlar fevralın 22-də davam edirdi, və Baş prokurorun müavini Qaqik Canqiryan xalqını öz səslərinin müdafiəsi üçün təcili tədbirlər görməyə çağıraraq, seçki prosesini qınadı, sonradan hakimiyyətin hərəkətlərini tənqid etdi. Köçəryan Baş prokuror Aqvan Ovsepyandan Canqiryanı işdən qovmasını istədi.[17] Ter-Petrosyanın sözlərinə görə, müdafiə nazirinin iki müavini bildirdi ki, ordunun müxalifətçilərə qarşı güc tətbiq etməsinə imkan verməyəcək. Ter-Petrosyanın bu iddiası Müdafiə Nazirliyi tərəfindən təkzib edildi.
Etirazlar rəsmi icazə olmadan keçirilirdi.[18] Ermənistanın Birinci kanalı etirazların kütləviliyini göstərə bilmədikləri üçün tənqid edilmişdi.