Ernst Happel stadionu

Ernst Happel stadionu (Ernst-Happel-Stadion) — Avstriyanın paytaxtı Vyana şəhərində yerləşən və şəhərin ən böyük futbol stadionu. Stadion əslində futbol klubları tərəfindən sitifadə edilmir və Avstriya milli futbol komandası oyunlarını burada keçirir.

Ernst Happel stadionu
Xəritə
Keçmiş adı Prater stadionu
Qeyri-rəsmi adı Vyana stadionu
Yeri Vyana, Avstriya Avstriya
Təməli qoyulub 1929
Tikilib 1931
Açılış tarixi 11 iyul 1931
Yenidən qurulma tarixi 1986
Memar Otto Ernst Şvezer
Sahibi Vyana şəhəri
Tamaşaçı tutumu 50.865[1]
Ev sahibi komanda Avstriya milli futbol komandası
Rapid Vyana FK (2014-2016)
Avstriya Vyana (ancaq UEFA oyunları)
Meydançanın ölçüləri 105 x 68 m
Ot örtüyü təbii
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Stadionun təməl daşı 1928-ci ildə Avstriya Respublikasının 10 illiyi münasibətilə qoyulmuş və 1931-ci ildə 23 aya tamamlanmışdır. Stadionun dizaynını memar Otto Ernst Şvezer hazırlamışdır. Şvezer həm də Avropa ən böyük üzmə hovuzunun (400.000 m2) da memarı olmuşdur. Stadion o dövrün ən müasir stadionlarından biri idi. çünki cəmi 7-8 dəqiqəyə boşaldıla bilirdi. Başlanığıcda stadionun tutumu 60.000 nəfər idi. Nasist dövründə stadion hərbi məqsədlər üçün istifadə edilmişdir. Bura həbsxana və yəhudi vətəndaşların toplama yeri kimi istifadə olunmuşdur.[2] Almaniyanın Polşaya hücumundan sonra 11-13 sentyabr 1939-cu ildə bu stadionda mindən çox Polşa doğumlu yəhudi həbsdə olmuşdur. Belə ki, onlar B sektorunun dəhlizində — tribunların altında həbs olunmuşdular.

Müharibədən sonra stadionda yenə idman tədbirləri keçirilməyə başlamışdır. 1956-cı ildə stadionun tamaşaçı tutumu Teodor Şül tərəfindən 92.708 nəfərə çatdırılsa da, 1965-cı ildə azaldılmışdır. Stadionda tamaşaçı rekordu 1960-cı ildə qeydə alınmışdır. Avstriya-SSRİ oyununu 92.706 nəfər izləmişdir.[3]

1986-cı ildə stadion yenidən təmir olunaraq tamamilə oturacaqlarla təchiz olunmuşdur. Yenidən açılışda Avstriya Almaniyanı 4:1 məğlub etmişdir.

1964, 1987, 19901995-ci illərdə stadionda UEFA Çempionlar Liqasının final oyunları keçirilmişdir.

1970-ci ildə isə burada UEFA Kuboklar Kubokunun finalı — Mançester Siti-Qornik oyunu keçirilmişdir. Oyuna güclü yağış səbəbi ilə cəmi 7.968 azarkeş qatılmışdır.

1992-ci ilə qədər Prater stadionu adlandırılan stadion 1992-ci ildə stadiona əfsanəvi oyunçu Ernst Happelin adı verilmişdir.

Futbol üzrə Avropa çempionatı 2008

[redaktə | mənbəni redaktə et]

2008-ci ildə bu stadionda final oyunu da daxil olmaqla Avropa çempionatının final mərhələsinin 7 oyunu keçirilmişdir. İlk 3 oyunda Avstriya milli futbol komandası çıxış etmişdir. Stadion turnirə 2005-ci ildə uyğunlaşdırılmışdır. Yenidənqurmaya 39.600.000 € xərclənmişdir.

Avstriya-Xorvatiya oyunu
Tarix Saat (CET) Komanda #1 Nəticə Komanda #2 Mərhələ Tamaşaçı
8 iyun 2008
18.00
Avstriya Avstriya
01
Xorvatiya Xorvatiya
B qrupu
51,428
12 iyun 2008
20.45
Avstriya Avstriya
11
Polşa Polşa
B qrupu
51,428
16 iyun 2008
20.45
Avstriya Avstriya
01
Almaniya Almaniya
B qrupu
51,428
20 iyun 2008
20.45
Xorvatiya Xorvatiya
11 ə.v.
(1 – 3 pen.)
Türkiyə Türkiyə
¼ final
51,428
22 iyun 2008
20.45
İspaniya İspaniya
00 ə.v.
(4 – 2 pen.)
İtaliya İtaliya
¼ final
48,000
26 iyun 2008
20.45
Rusiya Rusiya
03
İspaniya İspaniya
Yarımfinal
51,428
29 iyun 2008
20.45
Almaniya Almaniya
01
İspaniya İspaniya
Final
51,428

Stadion əsasən futbol müsabiqələri üçün istifadə olunur. Avstriya milli futbol komandası oyunlarını ev oyunlarını burada keçirir. Klublar burada oyunlarını nadir hallarda keçirirlər. Ancaq ölkə kubokunun finalları və UEFA turnirləri istisna hallardır. Vyana derbisi — "Avstriya Vyana FK"-"Rapid Vyana FK" oyunları da burada keçirilir.

Stadion UEFA-nın 5 ulduzlu stadionlar kateqoriyasındadır.[4]

Əhəmiyyətli oyunlar

[redaktə | mənbəni redaktə et]
  • Futbol üzrə Avropa çempionatı 2008-in finalı: Almaniya 0-1 İspaniya
  • UEFA Çempionlar Liqası 1995-in finalı: Ayaks AFK 1-0 "Milan FK
  • UEFA Kuboku 1994-ün finalı: İnter Milan FK 1-0 Avstriya Zalsburq
  • UEFA Çempionlar Kubokunun 1990-ın finalı: Milan FK" 1-0 "Benfika FK
  • UEFA Çempionlaer Kuboku 1987-in finalı: Portu FK 2-1 Bavariya FK
  • UEFA Kuboklar Kuboku 1970-in finalı: Mançester Siti FK 2-1 Qornik FK
  • UEFA Çempionlar Kuboku 1964-ün finalı: İnter Milan FK 3-1 Real Madrid FK

Digər idman oyunları

[redaktə | mənbəni redaktə et]

Stadionda futbolla yanaşı tennis, atletizm və velosipedsürmə idman növləri də keçirilir. 1950-ci ildə bu stadionda Avropa Güləş Çempionatının finalında 35.000 nəfərin qarşısında Cozef Veydinqer Stefan Olekə (Fransa) qalib gəlmişdir.[5]

16 iyul 2011-ci ildə 4-cü Dünya Amerikan Futbolu çempionatının finalı — ABŞ-Kanada oyunu keçirilmiş və 20.000 tamaşaçının önündə ABŞ 50-7 qalib gəlmişdir.

6-7 iyun 2014-cü il tarixlərində Dünya Amerikan Futbolu çempionatının əsas seçmə mərhələsinin 3 oyunu burada baş tutmuşdur.

Stadionda konsertlərdə keçirilir və bu zaman stadionun ot örtüyünə 19.000 oturacaq əlavə oluna bilər. Stadionda Maykl Cekson, Madonna, AD/DC, Bon Jovi, Devid Boui, Guns N’ Roses, Pol Makkartni, Pink Floyd, Rolling Stones, U2, Robbi Vilyams kimi şəxs və qruplar konsert vermişdirlər.

  1. "Arxivlənmiş surət" (PDF). 2016-03-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-03-23.
  2. http://www.rnw.org/currentaffairs/region/europe/080627-happel[ölü keçid]
  3. "Arxivlənmiş surət". 2013-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-23.
  4. "Arxivlənmiş surət". 2022-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-23.
  5. "Arxivlənmiş surət". 2013-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-23.