Madonna Luiz(a) Çikkone (ing. Madonna Louise Veronica Ciccone [tʃikˈkoːne]; 16 avqust 1958[1][2][…], Bay-Siti[d], Miçiqan[12]) — Amerikalı müğənni, bəstəkar, rəqqasə, aktrisa, prodüser, rejissor, xeyriyyəçi və iş qadını. Madonna Miçiqan ştatının Bey-Siti şəhərində anadan olmuş, lakin müasir rəqs sahəsində karyera qurmaq üçün 1977-ci ildə Nyu-Yorka köçmüşdür.
Madonna | |
---|---|
ing. Madonna | |
Ümumi məlumatlar | |
Doğum adı | Madonna Louise Ciccone |
Ləqəbləri | Madonna[7], Louise Ciccone[8][9][…], Madonna Ritchie[8][9][…], Boy Toy[8][9][…], Nonnie[8][9][…], Maddy[8][9][…], Mo[8][9][…], The Material Girl[8][9][…], Queen of Pop, Madge[10][11], Veronica Electronica, Dita, Madame X, M-Dolla, M |
Doğum tarixi | 16 avqust 1958[1][2][…] (66 yaş) |
Doğum yeri | |
Həyat yoldaşları | |
Uşaqları | 6[5] |
Partnyorları | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, mahnı yazarı[d], aktrisa |
Fəaliyyət illəri | 1979-cu ildən |
Janrlar | pop musiqisi, rəqs musiqisi[d], elektronik musiqi, dans-pop, pop-rok, müasir R&B[d], caz, xalq musiqisi |
Musiqi alətləri | gitara, zərb qurğusu[d], ukulele[13] |
Səs tembri | messo-soprano, soprano |
Albom şirkətləri | Sire Records[d], Interscope Records, Warner Music Group[d] |
madonna.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası ərzində Madonnanın albomları 300 milyon nüsxədən çox satılmış və o, tarixin ən çox satılan qadın sənətçisinə çevrilmişdir. Bundan əlavə o, bir çox filmlərə də çəkilmişdir. Yeddi dəfə "Qremmi" mükafatı, eləcə də "Qızıl qlobus" mükafatlarına layiq görülmüşdür.
Musiqi sahəsində uğurlu karyerasına və tarixdə ifaları ən çox satılan qadın müğənni olduğuna görə Madonnaya "Popun kraliçası" ləqəbi verilmişdir.