Erol Taş

Erol Taş (türk. Erol Taş 28 fevral 1926 və ya 28 fevral 1928[1], Ərzurum8 noyabr 1998, İstanbul) — Türkiyə kinoaktyoru. Yeşilçamın önəmli simalarından biri. Keçmiş boksçu olan Erol Taş filmlərdə əsasən mənfi obrazlar yaratmışdır. İrili-xırdalı 600-ə yaxın filmdə müxtəlif rollar oynayan Erol Taş oynadığı filmlərin cəmi 6-da baş rolları ifa etmişdir.[2]

Erol Taş
türk. Erol Taş
Doğum tarixi 28 fevral 1926(1926-02-28) və ya 28 fevral 1928(1928-02-28)[1]
Doğum yeri
Vəfat tarixi 8 noyabr 1998(1998-11-08)
Vəfat yeri
Vəfat səbəbi şəkərli diabet
Milliyyəti türk
Vətəndaşlığı  Türkiyə
Fəaliyyəti kino aktyoru
Fəaliyyət illəri 1957-ci ildən
Tanınma səbəbi kino aktyor
Mükafatları * Antalya Qızıl Portağal kinofestivalı İkinci plan ən yaxşı kişi obrazına görə (1965, 1968, 1975)
* İzmir Film Festivalı, İkinci plan ən yaxşı kişi obrazına görə Mükafat
* Turizm Nazirliyi, Ən Yaxşı ikinci plan Aktyor Mükafatı
* Acapulco Film Festivalı, Ən Yaxşı ikinci plan Aktyor Mükafatı
IMDb ID0850809
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erol Taş 28 fevral 1926-cı ildə Ərzurumda anadan olub. Erol iki yaşında olanda atası vəfat edir, bundan sonra ailə İstanbula köçür.[3]

İbtidai məktəbi bitirdikdən sonra çətin maddi vəziyyətə görə təhsilini yarımçıq qoyaraq erkən işə başlamalı olur. Uşaq ikən boksla məşğul idi.[3] 1947-ci ildə Erol boks üzrə İstanbul və Türkiyə çempionatında ikincilik qazanmışdır. Həmin il hərbi xidmətə yollanıb və üç il hərbi xidmət keçib. Əsgərlikdən qayıtdıqdan sonra Cankurtaranda toxuculuq fabrikində işləməyə başlamışdır.

Kino karyerası

[redaktə | mənbəni redaktə et]

Erol Taş kinoya təsadüf nəticəsində gəlmişdir. Bir dəfə Erol və dostları işlədikləri fabrikin yaxınlığında film çəkən zaman rejissor Ömər Lütfi Akada və onun çəkiliş qrupuna hücum edən xuliqanları qovmuşdular. Bu hərəkəti ilə o, rejissorun diqqətini çəkmişdir. Akad Erolu döyüş səhnəsində oynamaq üçün dəvət etdi. Sonra digər rejissorlardan daha bir neçə oxşar təkliflər almağa başladı. O, ilk dəfə 1957-ci ildə rejissor Mümtaz Alpaslanın çəkdiyi "Acı Günlər" filmi ilə kinoya ilk böyük addımını atmışdır. Bu dövrdə Erol əsasən döyüş səhnələrində və ya mənfi obrazlı kiçik rollar oynayırdı. Bir müddət sonra onun çəkiliş diapozonu genişləndi. Lakin buna baxmayaraq, daha çox mənfi personajları oynaması ilə yadda qalıb.[3]

Erol Taşın ən məşhur rollardan biri Metin Erksanın "Quru yaz" filmində oynadığı personajdır.[3] Erol Taş digər məşhur rolunu Yücel Çakmaklının "Küçük Ağa" mini serialında canlandırıb.[3]

1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində yaradıcılığın son dönəmində Erol Taş Türkan Şoray və Mehmet Tanrısevərin[3] filmlərində bir neçə müsbət rollar oynamışdır.[3]

Şəkərli diabetdən əziyyət çəkən Erol Taş 1998-ci il noyabrın 8-də ürək tutmasından vəfat edib.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Erol Taşın ilk həyat yoldaşı Hafizə Taşdan Mətin Tanju, Gülər ​​və Gönül adlı əkiz övladları olub. 1965-ci ildə həyat yoldaşının ölümündən sonra Konyanın məşhur yun istehsalı sahibkarlarından Süleyman Erşanın qızı və eyni zamanda bibisi qızı Elmas Erşanla evlənib. Bu evlilikdən Erol Taşın 1968-ci ildə Müjgan adlı qızı anadan olub.

  • 1965-ci ildə Antalya Qızıl Portağal kinofestivalı, İkinci plan ən yaxşı kişi obrazına görə, "Divarın o biri üzü"
  • 1968-ci ildə Antalya Qızıl Portağal kinofestivalı, İkinci plan ən yaxşı kişi obrazına görə, "İncə Cumali"
  • 1975-ci ildə Antalya Qızıl Portağal kinofestivalı, İkinci plan ən yaxşı kişi obrazına görə, "Pəhriz" filmi
  • İzmir Film Festivalı, İkinci plan ən yaxşı kişi obrazına görə Mükafatı, "Sahildəki Cəsəd" filmi
  • Turizm Nazirliyi, Ən Yaxşı ikinci plan Aktyor Mükafatı, "Susuz Yay" filmi
  • Acapulco Film Festivalı, Ən Yaxşı ikinci plan Aktyor Mükafatı, "Susuz Yaz" filmi
  1. 1 2 IMDb (ing.). 1990.
  2. Türk sinema sanatçıları ansiklopedisi, Burçak Evren, Film-San Vakfı Yayınları, 1983
  3. 1 2 3 4 5 6 7 "Erol Taş: The villain with a golden heart". 2018-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]