Erysimum diffusum

Qollu-budaqlı sarılıqotu (lat. Erysimum diffusum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin sarılıqotu cinsinə aid bitki növü.

Qollu-budaqlı sarılıqotu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

İkiillik ot bitkisi olub, hündürlüyü 80 sm olub, bozumtul qısa sıx tükcükləri vardır. Gövdəsi bir və ya bir neçə olub, budaqlanandır. İnkişafının birinci ilində yalnız kökətrafı çətir əmələ gətirir. Çətir yarpaqları uzunsov daralmış saplaqdan ibarət olub, kiçik dişciklidir. İnkişafının ikinci ilində çoxlu qısa və nazik, tədricən azalan gövdələri üzərində xətti-neştərşəkilli və ya xətti, qısasaplaqlı və bütövkənarlı yarpaqları olur. Sonluqda yerləşən çiçəkləri oldaqca uzun fırçadan, kiçik, düz, sərbəst ləçəkləri, dördölçülü limonu-sarı rənglidir. Meyvələri uzun və nazik, uzunluğu 4 sm, olub, ağımtıl tükcüklərdən ibarətdər. Toxumları kiçik, kürəni-qonur rənglidir.

Bitkinin yerüstü hissələri, budaqlanan gövdəsi, yarpaqları, çiçəkləri və yetişməmiş meyvələri bərabər dərəcədə inkişaf edir. Gövdəsi azacıq qabırğalı, nazik şırımlı olub, uzunluğu 30 sm-ə qədərdir. Yarpaqları növbəli, xətti-uzunsov və ya xətti-neştərvari, əsasından daralmış, tədricən qısa saplağa keçən, kənarları dayaz dişcikli və ya bütövkənarlı olub, uzunluğu 3-6 sm, eni isə 0,5 sm-ə bərabərdir. Çiçəkqrupları yumşaq fırçadan ibarətdir. Çiçəkləri düz, kasacığı uzunsov və ya neştərvari, 4 kasayarpağından ibarətdir. Ləçəkləri 4 ədəd olub, tutqun-sarı rənglidir. Meyvələri dörd dənli qından ibarət, yastılaşmış, uzunluğu 7 sm, eni isə 1 mm-ə qədərdir. Xammalın rəngi sarımtıl-yaşıl olub, zəif iylidir.

Çöllərdə, quru çəmənliklərdə, küknar meşəliklərində, meşə kənarlarında, talalarda, dəmiryol və şose yolu kənarlarında yaşayır.

Çiçəkləmə dövründə hündürlüyü ən azı 10 sm olduqda otbiçənlə biçmək lazımdır. Toplanıldıqdan 48 saatdan gec olmayaraq qurudulmalıdır.

 B siyahısına daxildir. İki sutqadan gec olmayaraq qurudulmalıdır.[1]

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Bitkinin tərkibində başlıca olaraq toxumlarında 6%-ə qədər, yarpaqlarında 1-1,5%, gövdəsində isə 0,5-0,7% ürək qlükozidləri vardır.

Kardiotonik  dərmandır (ürək glikozidi). Çiçəkləmə dövründə toplanılır. Mədəni ikiillik bitki olan qolbudaqlı sarılıqotu xammal kimi keyfiyyətli dərman bitkisidir.

Kardioviolen damcısı (şirəsinin komponenti və ya ekstraktı). Kardiotonik və sedativ dərmandır.

Xammal kimi qolbudaqlı sarılıqotundan alınan sokdan kardioviolen alınır. Kardioviolen kompliks preparat olub, ürəyin revmatik qüsurlarında, kardioskelerozda, ürək qan dövranı çatmamazlıqlarında, hətta stenokardiyada və vegetativ  nevrozlarda istifadə edilir.

1ml konservləşdirilmiş spirtdə olan sokunda (1:1) nisbətində bioloji aktiv maddə olur. Rütubət ən azı 65%, kül 10%, yarpaq və digər hissəcikləri 3%, üzvi maddələr 1%, mineral maddələr isə 1%-dən çox deyildir.[2]

  1. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333
  2. S.C.İbadullayeva, M.C.Qəhrəmanova Bitkilərin Sirli Dünyası (Ot Bitkiləri) Bakı 2016 s.333