Esanbe Hanakita Ko adası

Esanbe Hanakita Ko adası (エサンベ鼻北小島?)Oxot dənizində, Yaponiyanın şimalındakı Hokkaydo adasından təxminən 1650 fut məsafədə yerləşən yaşayış olmayan bir adadır.[1][2]

Esanbe Hanakita Ko adası
yap. エサンベ鼻北小島
Ümumi məlumatlar
Hündür nöqtəsi 1,4 m
Əhalisi 0 nəfər
Yerləşməsi
45°20′05″ şm. e. 142°10′52″ ş. u.HGYO
Ölkə  Yaponiya
Vilayət
  • Hokkaydo
Akvatoriya
Esanbe Hanakita Ko adası xəritədə
Esanbe Hanakita Ko adası
Esanbe Hanakita Ko adası

Oxot dənizindəki Hokkaydo adasının şimalında, Sarufutsudan 500 metr aralıda yerləşirdi. Ada adını 2014-cü ildə alıb. 1987-ci ildə aparılan tədqiqatda onun ən yüksək nöqtəsi dəniz səviyyəsindən 1,40 metr yüksəklikdə olub. 2018-ci ilin oktyabr ayında Sarufutsu sakinləri onun itdiyini aşkar etdilər, adanın su altında olduğu müəyyən edildi.[3] Bu, külək və qışda dənizdə əmələ gələn buzların sürüşməsi nəticəsində yaranan eroziya ilə əlaqələndirilir. Adanın yoxa çıxması təsdiqlənərsə, Yaponiyanın dənizin bu hissəsindəki müstəsna iqtisadi zonasının yarım kilometr azalmasına səbəb olacaq.[4]

  1. EDT, David Brennan On 11/2/18 at 9:00 AM (2018–11-02). "Japan: Entire island near region coveted by Russia mysteriously disappears" Arxivləşdirilib 2022-08-17 at the Wayback Machine. Newsweek. Retrieved 2021–09-04.
  2. "Kristin Hugo Independent (3 November 2018) Japanese island near Russia has disappeared without anyone noticing". 7 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 November 2018.
  3. "Japanese island near Russia has disappeared without anyone noticing" Arxivləşdirilib 2022-07-07 at the Wayback Machine. The Independent. Retrieved 2018–11-05.
  4. "Japanese island disappears, without anyone noticing" Arxivləşdirilib 2022-07-20 at the Wayback Machine. The Guardian. Retrieved 2019–07-15.